Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov fevralın 16-da Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.
ONN media xəbər verir ki, Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ə.Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Macarıstanın Baş naziri V.Orbana çatdırıb və dövlətimizin başçısının adından onu Azərbaycana səfərə dəvət edib.
Baş nazir V.Orban, öz növbəsində, Prezident İlham Əliyevi özünə yaxın dost hesab etdiyini və Azərbaycan dövlətinin başçısının Macarıstana səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda, qeyd edilib ki, Yeni Azərbaycan Partiyası ilə Macarıstanın hakim Fidesz Partiyası arasında qarşılıqlı əlaqələrin və sıx əməkdaşlıq münasibətlərinin inkişafı ölkələrimizin və xalqlarımızın dostluq münasibətlərinin inkişafına müsbət təsirini göstərəcək.
Ə.Əhmədov aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Macarıstanın Baş nazirinə məlumat verib.
Baş nazir V.Orban aprelin 8-də Macarıstanda parlament seçkilərinin, aprelin 11-də isə Azərbaycanda prezident seçkilərinin uğurla keçiriləcəyinə əminliyini bildirib. Macarıstanın Baş naziri bu seçkilərdən sonra da ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə inamını ifadə edib.



Macarıstanın baş naziri İlham Əliyevi təbrik etdi
Azərbaycan və Macarıstan arasında sənədlər imzalandı
İlham Əliyev Macarıstanın baş nazirini təbrik etdi
İlham Əliyev Viktor Orban ilə söhbət edib
Ərdoğan Orbanla ABŞ-da görüşdü
İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik etdi
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib
Tahir Budaqov Şamil Ayrımla görüşdü
Sahibə Qafarova Viktor Orbanla görüşdü
İlham Əliyev Viktor Orbanla görüşdü
Əliyev-Orban arasında məktub mübadiləsi
İlham Əliyrv Aktam Xaitovu qəbul edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 