Mayın 19-da Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb. YAP-ın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətindən danışan YAP sədrinin müavini qeyd edib ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının tarixiliyi özünün siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində sübuta yetirilib. Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin münasibətlərinin güclənməsində hər iki ölkənin liderləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var. Azərbaycanla Türkiyənin bir-birinə hər zaman dəstək verdiyini deyən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana qətiyyətli, birmənalı mənəvi-siyasi dəstək verməsi sevindirici və qürurverici haldır. Tahir Budaqov, həmçinin Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyasının ölkələrimiz arasında münasibətlərin daha da güclənməsinə töhfələrini verdiyini diqqətə çatdırıb. Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycana səfər etməkdən məmnunluğunu bildirib. O qeyd edib ki, Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə əsaslanır. Şamil Ayrım vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün nümunədir. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin tarixi əhəmiyyətini də vurğulayıb. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin inkişafında Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səylərini yüksək dəyərləndirən Şamil Ayrım əminliklə bildirib ki, bütün dünya üçün dostluq, birlik və tərəqqi nümunəsi olan əlaqələrimiz əbədiyyətə qədər davam edəcək. Şamil Ayrım Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının əlaqələrinin hazırkı səviyyəsindən də məmnunluğunu ifadə edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Tahir Budaqov Şamil Ayrımla görüşdü



YAP və AKP əməkdaşlığa dair niyyət protokolu imzaladı
Prezident Şamil Ayrımla görüşdü
YAP və AKP arasında videokonfrans keçiriləcək
YAP-ın yeni sədr müavini kollektivə təqdim olundu
İlham Əliyev Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
Nazir Türkiyə millət vəkilləri ilə görüşdü
Sahibə Qafarova AKP nümayəndə heyəti ilə görüşdü
İlham Əliyev Şentopla görüşdü
AKP-nin nümayəndə heyəti Azərbaycana gələcək
Şamil Ayrımın son durumu necədir?
YAP-ın Təftiş Komissiyasının iclası keçirildi
Növbədənkənar prezident seçkilərində YAP-ın namizədi kim olacaq? - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 