Türkiyə Səhiyyə Nazirliyinin yanında Koronavirus Elmi Qurumunun üzvü, professor Tövfiq Özlü yeni tip virusla bağlı hər kəsin maraqlandığı 3 sualı cavablandırıb. ONN media həmin sualları cavabları ilə birlikdə təqdim edir. Sual 1: Hər il dünyada qripdən minlərlə insan ölür. Koronavirusla mübarizə istiqamətində görülən tədbirlər niyə qrip üçün də keçərli deyil? Cavab: Dünyada insanların qrip səbəbilə öldüyü doğrudur, amma aradakı fərq çox böyükdür. Qripdə ölüm faizi 10 mində 5 nəfərdir. Halbuki, koronada dünyasını dəyişənlər 4% təşkil edir. Yəni qriplə koronavirus arasındakı ölüm faizi üzərindən baxıldıqda, arada 100 qat fərq var. Sual 2: Koronavirus yoluxduğu insanlarda fərqli təsir buraxır. Bəzən yaşlı insan xəstəliyi yüngül keçirir, bəzən gənc ölür. Bu durumun orqanizmin güclü və ya zəif olmasından, yaxud xroniki xəstəliklərdən başqa digər səbəbi varmı? Cavab: Bəli, var. Buna “virus kəskinliyi” deyilir. Korona insanlara olduqları məkan və ya təmasa görə fərqli dozada yoluxa bilir. Virusa kəskin məruz qalanlar xəstəliyi ağır keçirir. Sual 3: Pandemiya nə zaman bitə bilər? Cavab: Bunun üçün konkret söz demək mümkün deyil. Amma ümid vermək anlamında bir sıra məlumatlardan söz aça bilərik. Virus epidemiyaları şimal yarımkürəsində adətən oktyabr-iyun aylarında olur. Koronanın yüngül versiyaları üçün də bu, keçərlidir. Koronavirus 2003-cü ildəki SARS virusu ilə böyük bənzərliyə sahibdir. SARS o zaman iyunun sonu, iyulun əvvəlində bitmişdi. Bənzər ümid koronavirus üçün də müzakirə mövzusudur.
Koronavirus bu tarixdə BİTƏCƏK - RƏSMİ MƏLUMAT



Adi qrip koronavirusdan daha təhlükəlidir- AÇIQLAMA
Koronavirusla qrip üst-üstə düşərsə, fəlakət olacaq – ALİMLƏR
Ölkədə qrip virusu ilə bağlı SON VƏZİYYƏT
Mutasiyaya uğramış koronavirusla bağlı ŞAD XƏBƏR
Ölümcül qrip riski Azərbaycanda
Koronavirus gələn il yenə qayıdacaq?
“Ölkədə ayrı virus yayılıb, bu, koronavirus deyil“ - Rəşid Mahmudov
Hər il qripdən 650 min nəfər ölür
Amerikadakı ölümcül qripin ölkəmizə gəlmə riski var - həkimdən SOS
Qriplə koronavirusu bir-birindən necə fərqləndirməli?
Azərbaycanda vaksin ilk növbədə bu şəxslərə vurulacaq
DİQQƏT! Bu şəxslər koronavirusa yoluxmur?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 