ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - Gün xoş tanışlıqlar, maraqlı söhbətlər, şəxsi həyatınızda yaxşı dəyişikliklər vəd edir. İnsanları yaxşı başa düşür, yeni tanışlarınızı düzgün qiymətləndirir, məhz lazım olan adamlarla maraqlanırsınız. Bir çox Qoçlar bu gün gələcəklərini təyin edəcək qərarlar verəcəklər. Buğa - ətrafınızdakılarla münasibətlərdə maraqlı təzad yaranır: insan sizə nə qədər yaxındırsa, onunla dil tapmaq bir o qədər çətindir. Təsadüfi tanışlarla isə çox tez qaynayıb-qarışırsınız. Əkizlər - ailə üzvlərinizlə münaqişələr gözlənilir: yaxınlarınız sizi başa düşmürlər. Sizin qanınız qaralır və neqativ emosiyalarınızı büruzə verirsiniz. Gənc Əkizlər düşünülməmiş hərəkətlərə meyllidirlər. Xərçəng - bu gün xırda anlaşılmazlıq və fikir ayrılıqları olacaq. Bunlar hamısı işləməyinizə, məqsədə doğru getməyinizə və planlarınızı reallaşdırmağa ciddi mane olur. Siz başqalarının işinə yarınmağa çalışır və unudursunuz ki, sizin tələbləriniz, ideya və gözləntiləriniz də diqqət tələb edir. Şir - günün necə olması sizin özünüzlə razılıqda olub-olmamağınızdan asılıdır. Əgər əzginsinizsə, özünüzə inamınız yoxdursa, tənbəlliyə meylli olacaq, zəifliklərinizin əsarətinə düşəcəksiniz. Emosiyalarınız ağlınıza üstün gələcək və ən gözlənilməz və lazımsız anda hisslərinizin təsiri altında hərəkət edəcəksiniz. Qız - mürəkkəb və riskli layihələrə girişməyin. Vacib problemlərin həllini ləngidin, bundansa cari işlərə diqqətinizi yönəldin. Sizi nəyəsə təhrik edirlər? Vecinizə də almayın: hər kəs közü öz qabağına çəkmək istəyir, sizdən isə istifadə etməyə çalışırlar. Həmçinin siz bir az tənbəlliyə meyllisiniz, bu elə də pis deyil. Tərəzi - daxili münaqişələrini boğmağı bacaran Tərəzilər günü sakit keçirəcəklər: planlarını həyata keçirməkdə onlara heç kim və heç nə mane ola bilməyəcək. Yalnız səhhətinizə diqqət yetirin, vaxtında tədbir görməsəniz, yüngül soyuqdəymə ciddi fəsadlar törədə bilər. Əqrəb - sizin üçün dəyərli insanlarla (həm işdə, həm də şəxsi münasibətiniz olanlarla) münasibətlər gərginləşə bilər. Qadın qohumlarınızla ciddi fikir ayrılıqları gözlənilir. Maliyyə və daşınmaz əmlakla bağlı məsələləri müzakirə etməyə çalışmayın. Oxatan -diplomatik fəaliyyət üçün yaxşı gündür. Danışıqları virtuozcasına aparmaq, düşmən tərəfləri barışdırmaq, onları hətta bir-birilə dostlaşdırmaq sizin əlinizdə su içmək kimi asandır. Başqa sadə və "qaba" məsələlər sizə maraqsız görünür və onların öhdəsindən gələ bilmirsiniz. Oğlaq - mövcüd işgüzar əlaqələr möhkəmlənir. Əməkdaşlığa mane olan fikir ayrılıqlarını aradan qaldırmaq olar. Həyatın bütün sferalarında dəyişikliklər etmək mümkündür. Bir çoxları çətin şəraitdən çıxış yolları axtarıb tapırlar. Bəziləri isə sevgini bir qırağa qoyub ümumi mənafelər naminə nikah bağlamaq niyyətindədirlər. Dolça - günün birinci yarısı çox sakit keçir, vacib qərarları məhz bu zaman vermək lazımdır. Bu dövrdə cavabını tapa bilmədiyiniz suallar uzun müddət havadan asılı qalacaq və işinizə mane olacaq. Müştərək iş uğurlu ola bilər, amma gərək ortaqlarınız təcrübəli və bilikli insanlar olsunlar, siz də onlardan nəsə öyrənməyə hazır olasınız. Balıqlar - peşəkar cəbhədə isə işlər o qədər də ürəkaçan deyil. Ciddiləşə bilmirsiniz, sadəcə, yığılıb qalan problemləri həll etmək istəmirsiniz. Cari işləri isə barmaqarası görürsünüz. Rəhbərlik sizdən narazı olacaq. (milli.az)
Günün qoroskopu: ətrafınızdakılarla münasibətlərdə maraqlı təzad yaranır



Günün qoroskopu: çətinliklər məhz sizin onları heç gözləmədiyiniz yerdə yaranır
Günün qoroskopu: İlk uğurları çox gözləmək lazım gəlməyəcək
Günün qoroskopu: siz insanlardan çox şey gözləyirsiniz
Günün qoroskopu: Peşə sahəsindəki fikir ayrılıqlarına sakit yanaşın
Günün qoroskopu: Bu gün soyuqqanlılığınızla qürrələnə bilməyəcəksiniz
Günün qoroskopu: Peşə sahəsindəki fikir ayrılıqlarına sakit yanaşın
Günün qoroskopu: Populyarlıq, diqqət, kompliment arzusundasınız?
Günün qoroskopu: Gün ailə əlaqələrinin möhkəmləndirilməsi üçün əlverişlidir
Günün qoroskopu: şəxsi həyatınızda dəyişikliklər mümkündür
Günün qoroskopu: asudə, xoşagələn, maraqlı gündür
Günün qoroskopu: Şəxsi həyatınızda dəyişiklik olacaq
Günün qoroskopu: ətrafdakılarla münasibətlərdə problemlər mümkündür
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 