ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - yaxınlarınızla münasibətləriniz sabitdir, ancaq təəssüf ki, ehtiyacınız olan şəfqəti onlardan ala bilmirsiniz. Bunu hiss edən bir şəxs yalançı diqqət və mərhəmət göstərərək sizi idarə etməyə çalışacaq. Nağıllara inanmayın: həyata realist, hətta bəzən skeptik baxış bir çox tələlərdən yan keçməyinizə kömək olacaq. Buğa - işgüzar, enerjili, yeniliklərə açıqsınız. Gününüz çox maraqlı olacaq. Təəssüf ki, diqqət və ehtiyatlılığınızla seçilmirsiniz, odur ki, arzuolunmaz təmaslara, uğursuz sonluqla bitəcək şübhəli layihələrə qatılmağınız mümkündür. Təcrübəli insanların məsləhətinə və təcrübəsinə əsaslanaraq artıq həyəcanlardan xilas ola bilərsiniz. Əkizlər - romantik əhvalınız güclənib. Hətta evli, yaxud biriylə eşq yaşayanlar da təzə həvəsə düşürlər. Amma bugünkü həvəslər elə həvəs olaraq qalır, ciddi münasibətlərdən söz belə gedə bilməz. Xərçəng - iş ortaqlarınızın bol-bol verdiyi vədlərə inanmayın: bu gün deyilən sözlərin reallıqla heç bir əlaqəsi yoxdur. Bu gün çox tez yorulur və gündəlik vəzifələrinizə daxil olmayan bir şey xahiş edəndə çox tez özünüzdən çıxırsınız. Bu səbəbdən əhəmiyyətsiz bir məişət problemi ailə üzvlərinizdən biri ilə aranızda ciddi mübahisəyə səbəb ola bilər. Şir - rahat və ahəngdar gündür. Uğurlar və qələbələr göydən tökülməsə də, zəhmətinizin qarşılığında ədalətli və vaxtında mükafatlandırılacaqsınız. Odur ki, həyatdan şikayətlənməyə tələsməyin. İstənilən planlaşdırılmış danışıqlar yaxşı keçəcək - həm müsahibələr, həm yeni iş axtarışları, həm də sevdiyiniz şəxslə gələcək planların müzakirəsi. Qız - qəti qərar verməyə tələsməyin: aldığınız məlumatı sakit şəraitdə götür-qoy etməlisiniz. Enerjiniz çoxdur, intellektual və fiziki işlər sizə ağır gəlmir. Piç vərdişlərinizə qalib gələ bilərsiniz. Tərəzi - özlüyündə neytral gündür, ancaq bu gün baş verən hadisələrin yaxın gələcəkdə pis nəticələri ola bilər. İşdə böyük səhvlər edə bilərsiniz. Hətta çox sadə, yaxud uzun zamandan bəri nəzarətdə saxladığınız məsələlərdən söhbət gedirsə, burada da səhvlərdən qaçmaq çətin olacaq.
Günün qoroskopu: ehtiyatlı olun

