ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - gün uğur və irəliləyiş vəd edir. Nikbin əhval-ruhiyyə müvəffəqiyyətlərin rəhnidir. Fikirləriniz dağınıq olmasın. Bütün diqqəti əsas hədəfə yönəldin. Səyahətə və ya məzuniyyətə yollanmaq olar. Günün ikinci yarısında alacağınız məlumatlar sayəsində cari proseslərlə bağlı informasiyalarınızı artırın. Gəlir mənbələrinizi saf-çürük edin. Axşam saatlarındakı tanışlıqlar uğur vəd edir. İşgüzar fəaliyyətlə şəxsi münasibətləri qarışdırmayın. Buğa - ciddi sarsıntı gözlənilmir. Çətinliklər yalnız axşam yarana bilər. Bu isə, əsasən, enerjinizin azalması ilə əlaqədardır. Diqqətinizi cəmləşdirə bilmir, tez-tez səhvlər edir, vacib məqamları nəzərdən qaçırırsınız. Mürəkkəb hesabatların, smeta və texniki sənədlərin tərtibi məsləhət bilinmir. Yaxınlarınız sizi dəstəkləməyə, ideyalarınızın yerinə yetirilməsində kömək etməyə hazırdırlar. Bircə şeyin öhdəsindən gələ bilmirlər - bədbinliyiniz getdikcə artır. Əkizlər - sayıq, ehtiyatlı olun. Ətrafınızda baş verən proseslərdən agah olun. Adət və ənənələrə xilaf çıxmayın. Planlarınızla məqsədləriniz barədə yaxşı tanımadığınız insanlara danışmayın. Təfsilatlar sirr qalmalıdır. Günün ikinci yarısında çalışdığınız kollektivdə mühit pozula bilər. İşgüzar nüfuzunuza və imicinizə xələl gətirəcək addımlar atmayın. Şəxsi münasibətlərdə irəliləyiş perspektivləri var. Əlaqələri keyfiyyətcə yeni səviyyəyə çıxara bilərsiniz. Sevdiyiniz insanla təmaslarınızı möhkəmləndirmək şansını əldən verməyin. Axşam saatlarını özünüzə həsr edin. Xərçəng - işgüzar, enerjili, yeniliklərə açıqsınız. Gününüz çox maraqlı olacaq. Təəssüf ki, diqqət və ehtiyatlılığınızla seçilmirsiniz, odur ki, arzuolunmaz təmaslara, uğursuz sonluqla bitəcək şübhəli layihələrə qatılmağınız mümkündür. Təcrübəli insanların məsləhətinə və təcrübəsinə əsaslanaraq artıq həyəcanlardan xilas ola bilərsiniz. Romantik əhvalınız güclənib. Hətta evli, yaxud biriylə eşq yaşayanlar da təzə həvəsə düşürlər. Amma bugünkü həvəslər elə həvəs olaraq qalır, ciddi münasibətlərdən söz belə gedə bilməz. Şir - günün ilk yarısından etibarən sərbəst, asudə çalışın. İndiyədək həll edə bilmədiyiniz problemlər, sizi təqib edən çətinliklər bir qədər səngiyəcək. Yarımçıq prosesin məntiqi sonluğunu görməyə can atın. Günün ikinci yarısında karyeranızda yeni perspektivlər yaranır. Gəlir mənbələrinin sayını artırmaq barədə düşünün. Fikrinizi açıq söyləməkdən çəkinməyin. Parlaq, cəsur, fəal insan olun. Axşam saatlarında yeni faydalı əlaqələr yaratmaq, həmfikirlərdən dəstək almaq olar. Qız - mürəkkəb məsələlərə diqqət yetirin - onlar üzərində iş sizə maraqlı və faydalı olacaq. Yeni təcrübə qazanmaq, peşə təcrübənizi artırmaq imkanı yaranıb. Ətrafınızdakıların sizin barənizdə nə fikirləşdikləri, rəhbərliyin müvəffəqiyyətlərinizin fövqündə olub-olmadığı barədə yox, gördüyünüz işlərin xoş sonluğu barədə düşünün. Əməkdaşlıqdansa, müstəqil işləməyə üstünlük verin. Şəxsi xarakterli istənilən məsələnin həlli zamanı bütün maraqlı tərəflərin rəyini nəzərə alın. Sizdən müəyyən qurbanlar tələb olunur, ancaq bunlar sizi təşvişə salacaq dərəcədə qorxulu və dəhşətli deyil. Tərəzi - günün ilk yarısı məhsuldar fəaliyyət üçün əlverişlidir. Yeni informasiya, biliklər və təcrübə əldə edəcəksiniz. Fəaliyyətinizdə müsbət emosiyalar olacaq. Günün ikinci yarısında alacağınız məlumatları yoxlayın. Qəfil tanışlıq istisna deyil. Köhnə dostlardan biri özünü xatırladacaq. Kinli insanın maskasının yırtılacağı anı gözləməyin. Beləsindən uzaq durun. Axşam saatlarında şəhərdən kənara yollanın.
Günün qoroskopu: İşgüzar fəaliyyətlə şəxsi münasibətləri qarışdırmayın



Günün qoroskopu: İşgüzar fəaliyyətlə şəxsi münasibətləri qarışdırmayın
Günün qoroskopu: mövcud situasiyaya bir qədər fərqli baxın
Günün qoroskopu: Gücünüz artacaq, özünüzü daha potensiallı hiss edəcəksiniz
Günün qoroskopu: özünüzü daha potensiallı hiss edəcəksiniz
Günün qoroskopu: bu günün gətirdiyi problemlərin hamısının öhdəsindən gələcəksiniz
Günün qoroskopu: ciddi sarsıntı gözlənilmir
Günün qoroskopu: Enerjiniz azdır, halsızlıq mümkündür
Günün qoroskopu: Müsbət tendensiyaların təsiri güclüdür
Günün qoroskopu: Müsbət tendensiyaların təsiri güclüdür
Günün qoroskopu: Mürəkkəb məsələlərə diqqət yetirin
Günün qoroskopu: münasibətlərin bütün incəliklərini anlamaq çətindir
Günün qoroskopu: Bel bağladığınız insanlar sizə kömək edə bilməyəcək
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 