Azərbaycanda koronavirusa görə elan olunmuş karantin rejiminin şərtləri yumşaldılıb. Yumşalma nəticəsində bir çox müəssisələrin fəaliyyətinə icazə verilib. Sosial şəbəkələrdə gələn həftədən başlayaraq rayon qeydiyyatı olan şəxslərin də Bakıya buraxılmasına icazə veriləcəyi ilə bağlı məlumatlar yayılıb. ONN media xəbər verir ki, məsələ ilə bağlı sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahda müxtəlif qurumların nümayəndələri təmsil olunur: “Onlar real vəziyyəti daha yaxşı bilirlər. Vətəndaşların Bakıya buraxılmaması onların sağlamlığına xidmət edən qərardır. Ola bilsin ki, yumşalma bu istiqamətdə də olsun. Koronavirusa yoluxanların, sağalanların və ölənlərin say nisbəti müqayisə edib bu istiqamətdə addım ata bilər. Ancaq bunu əvvəlcədən söyləməsi düzgün deyil. Yayılan informasiyalar məncə erkəndir. Çünki vətəndaşları buna situmullaşdırmaq düzgün deyil. Dövlət harada yumşalma mümkündürsə, onu reallaşdıracaq. Vətandaş Bakıya malını gətirib satmalıdır və ya müalicəsi üçün gəlməlidir. Əlbəttə bütün bunlar insanların sıxıntısıdır. Amma birinci növbədə can sağlığı və təhlükəsizlik daha önəmlidir. Şəhərin tam yüklənməsi virusun yenidən yayılmasına səbəb ola bilər. Ona görə də bu məsələdə tələsmək lazım deyil. Operativ Qərargahın verəcəyi qərarı gözləməliyik. Öncədən bunu arzu kimi bildirmək düzgün olmazdı”.
Rayondan Bakıya gəlmək istəyənlərin NƏZƏRİNƏ



"Aprelin 20-dən sonra toy və yas mərasimlərinə icazə veriləcək?" — AÇIQLAMA
Gələn həftədən SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
TƏBİB-dən karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı AÇIQLAMA
İri ticarət mərkəzləri və "Mall"larla bağlı AÇIQLAMA - Bu aydan etibarən...
Bu həftədən "sms icazə" sisteminə keçirilə bilər? - AÇIQLAMA
Bakıda insanların çölə çıxmasına qadağa qoyulacaq? - AÇIQLAMA
İyun ayında karantin rejimi ləğv ediləcək? - AÇIQLAMA
TƏBİB-dən ŞAD XƏBƏR: Yumşalma olacaq
Azərbaycanda daha bir məhdudiyyət aradan götürüldü - RƏSMİ
Azərbaycanda idman zalları açılmalıdır - Fazil Mustafa
Dənizdə çalışan rayon qeydiyyatlı SOCAR işçiləri Bakıya buraxılmayacaq? - RƏSMİ AÇIQLAMA
Toy etmək istəyənlərin nəzərinə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 