ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - yaxınlarınızla çox yaxşı yola gedəcək, rəğbət bəslədiyiniz adamların əhatəsində vaxtınızı xoş keçirəcəksiniz. Sevgi etirafı barədə qərar vermək olar - onu diqqətlə eşidəcək və bəyənəcəklər. Buğa - işlər pis getmir. Bu gün nə ciddi problemlər, nə də aşılmaz çətinliklər gözlənilir. Yeni işlərə başlamaq olar. Onların öhdəsindən kifayət qədər tez, səhvə yol vermədən və hədər yerə güc sərf etmədən gələcəksiniz. Gün maraqlı görüşlər və xoş xəbərlər vəd edir. Əkizlər - gün əziyyətli keçəcək. Məşğul olduğunuz iş sizə maraqlı gəlməyəcək. Amma çətin ki, bu işdən xilas ola biləsiniz. Kübar tədbirlərə yollansanız, ehtiyatlı olun - gülünc vəziyyətə düşmək təhlükəsi var. Xərçəng - çox əlverişli və məhsuldar gündür. Əvvəlcədən qurduğunuz planlara uyğun hərəkət etməkdə sizə heç nə mane olmayacaq. Təşkilatçılıq qabiliyyətiniz açıq şəkildə ortaya çıxacaq, istənilən kollektivdə yaxşı rəhbər olmaq gücündəsiniz. Siz yüksək vəzifəli şəxslərlə əla yola gedirsiniz. Bu, bir çox peşə məsələlərinin həllini asanlaşdıracaq. Şir - yaradıcılıq qabiliyyətinizin ortaya çıxması və intuisiyanızın güclənməsi ilə yadda qalacaq. Bu saatlarda xoşagəlməz nəticələrdən ehtiyatlanmadan hisslərinizə güvənə bilərsiniz. Qız - Bütün planları həyata keçirmək mümkün deyil. Bunu nə qədər tez anlasanız, gücünüzə bir o qədər qənaət etmiş olarsınız. Nəzərə almaq lazımdır ki, dostların, həmkarların və qohumların köməyinə bel bağlamağa dəyməz. Əgər nəyəsə nail olmaq istəyirsinizsə, təkbaşına hərəkət edin. Maliyyə mənzərəsi əlverişli deyil, bazarlıqlardan çəkinsəniz yaxşıdır. Tərəzi - vəziyyəti yaxşılığa doğru dəyişmək olar. Bunun üçün birincisi baş verənləri sakitcə götür-qoy etmək, ikincisi tamamilə yeni fəaliyyət planı qurmaq lazımdır. Bu yerdə yaradıcılıq qabiliyyətiniz tam yerinə düşəcək. Çünki istənilən hədəfə çatmaq üçün orijinal üsullardan istifadə etmək daha yaxşıdır.
Əqrəb - təmaslarda səlis olun. Bu, tək qalmağın kim gəldi onun yanında dayanmaqdan daha yaxşı olduğu günlərdəndir. Yeri gəlmişkən, tənhalıqda yaxşı-yaxşı düşünmək olar və sizin üzərində fikirləşməyə nəyinizsə var. Hətta, beyninizə gələn ən qeyri-adi ideyalar da xüsusi diqqət və ciddi müzakirəyə layiqdir. Tamamilə yeni nəsə fikirləşmək şansı var. Oxatan - çətin vəziyyətə düşəcəksiniz: özünüzün işgüzar maraqlarınız və dotslarınıza kömək arasında seçim etməli olacaqsınız. Yerinə yetirməyin çətin olduğu və imtina edə bilmədiyiniz xahişlərin çox olduğu şəraitdə ruhi tarazlığı qorumaq müşkül məsələdir. Köməkçiləriniz çox az, etibarlı köməkçiləriniz isə ümumiyyətlə yoxdur. Ona görə də hər şeyin yaxşı olmadığını istəyirsinizsə, təkbaşına hərəkət edin. Oğlaq - ünsiyyətə meylli deyilminiz. Bu ətrafdakıların zövqüncə olmaya bilər. Amma diqqəti işə yönəltməyə, hansısa çətin məsələləri sakitcə həll etməyə imkan verəcək. Sənədlərin rəsmiləşdirilməsi ilə məşğul olan Oğlaqlar bu gün formallıqları qaydaya sala biləcək, lazım olan möhür və imzaları alacaqlar. Dolça - günün əsas tendensiyası əlverişlidir. O, həyatın müxtəlif sahələrində dəyişikliklər, maraqlı ideyaların yaranması, müttəfiqlər və həmfikirlərin tapılması ilə yadda qalacaq. Siz nəsə tamamilə yeni bir şey istəyirsiniz. O da faktdır ki, bunun uğrunda zəhmət çəkmək sizi qorxutmur. Balıqlar - bu gün bel bağlaya biləcəyiniz yeganə şy sevdiyiniz adamın anlayışıdır. Öz "yarısı"nı tapmamış Balıqlar bu gün ilk baxışdan, özü də uyğun olmayan adamlara vurulmağa meyllidirlər.(milli.az)Günün qoroskopu: günün əsas tendensiyası əlverişlidir



Günün qoroskopu: bu gün ümidlərinizi doğrultmayacaq
Günün qoroskopu: bu gün gördüyünüz bütün işlər sizə məmnunluq gətirir
Günün qoroskopu: istənilən faydalı fəaliyyət üçün çox münasib gündür
Günün qoroskopu: Uzun müddət və ciddi-cəhdlə qurduğunuz planların reallaşması üçün əlverişli məqam yetişdi
Günün qoroskopu: Maliyyə mənzərəsi o qədər də xoşagələn deyil
Günün qoroskopu: sizi çox çətin gün gözləyir
Günün qoroskopu: Yeni tanışlıqlar olacaq
Günün qoroskopu: intuisiyanız itidir və bu, özünü yaxınlarınızla münasibətlərdə göstərəcək
Günün qoroskopu: çox maraqlı məsələnin həlli ilə məşğul olacaqsınız
Günün qoroskopu: Sakit olun, təmkininizi pozmayın!
Günün qoroskopu: Uğurlu gündür, bundan istifadə etmək lazımdır
Günün qoroskopu: Məqsədinizə çatmaq üçün orijinial yollar, istəyinizi əldə etməyin qeyri-adi üsullarını tapacaqsınız
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 