Sabah Ramazan ayının 8-ci günüdür. ONN media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 2-də Bakıda imsak saat 03:58, iftar isə saat 19:52-dədir. Ramazan ayının 8-ci gününün duası: "Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin". Tərcüməsi:
"İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı nəsib et Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!" Allah orucunuzu qəbul etsin!Ramazanın 8-ci günü: dua, imsak və iftar vaxtı

