"Pakistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı ticarət üçün böyük potensial mövcuddur".
ONN media-nın APA-ya istinadən verdiyi məlumata görə, bunu Pakistan prezidenti Məmnun Hüseyn bu ölkədə səfərdə olan Azərbaycanın maliyyə naziri Samir Şərifovla görüşü zamanı bildirib. Onun sözlərinə görə, hər iki ölkə bu imkanlardan yararlanmaq üçün birgə işləməlidirlər.
Pakistan prezidenti vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsini artırmaq üçün mütəmadi olaraq biznes və işgüzar görüşlər keçirilməlidir. O qeyd edib ki, bu məqsədlə Azərbaycan və Pakistan müxtəlif bölgələrdə fəaliyyət üçün birgə müəssisələr yaratmalıdır.
M.Hüseyn bildirib ki, hər iki ölkə əsas qlobal və regional məsələlərdə ümumi mövqeyə malikdirlər və bir-birilərini beynəlxalq forumlarda dəstəkləyirlər: "Bu da iki ölkə arasında sıx və qardaşlıq münasibətlərinin təcəssümüdür".
Pakistan prezidenti qeyd edib ki, ölkəsi Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanıyır və xüsusilə Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. O, Azərbaycanın Cammu və Kəşmir məsələsi ilə bağlı Azərbaycanın tutduğu mövqeyi yüksək qiymətləndirib.
Samir Şərifov isə bildirib ki, Azərbaycan Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir və hesab edir ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının bəyannamələrinə uyğun öz həllini tapmalıdır. O həmçinin bildirib ki, Azərbaycan gələcəkdə də Pakistanla iqtisadiyyat müxtəlif sahələrində əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.



Azərbaycanla qarşılıqlı ticarətin həcmini genişləndirmək lazımdır - Pakistan Prezidenti
Pakistan prezidenti Azərbaycana dəvət edildi
İlham Əliyev pakistanlı naziri qəbul edib - YENİLƏNİB
Türkiyə və Pakistan birgə hərbi təlimlər keçirir
MN rəsmi məlumat yaydı
İran və Pakistan qardaşlıq elan etdi
Pakistandan Azərbaycana NÖVBƏTİ DƏSTƏK
Azərbaycan-Pakistan biznes forumu keçirildi
Azərbaycan və Pakistan birgə əməliyyatı müzakirə etdi
Azərbaycan və Pakistan arasında yeni saziş imzalanacaq
Prezident: "Pakistan Ermənistanı tanımayan az sayda ölkədən biridir"
Putin Pakistan baş naziri İmran Xanla danışdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 