Lider TV bütün əməkdaşlarını işdən kənarlaşdırıb. ONN media xəbər verir ki, telekanal əməkdaşları məlumat veriblər. Onların bildirdiyinə görə, kanal rəhbərliyi onlara öz hesablarına üç aylıq məzuniyyətə çıxmaları barədə ərizə yazmalarını tapşırıb. Telekanal əməkdaşları da bu tapşırığa sözsüz əməl etmək zorunda qalıblar. İşçilərdən ancaq texniki heyətin kiçik bir qismi saxlanılıb. Bütün layihələr dayandırılıb, efir isə köhnə veriliş və filmlərlə doldurulacaq. İşdən çıxarılan şəxslər artıq digər telekanallara, media qurumlarına iş üçün müraciət ediblər. Çünki onlara yenidən kanala qaytarılmayacaqları bildirilib. Redaksiyaya xəbər verən telekanal əməkdaşlarının sözlərinə görə, bu qəfil qərarın verilməsinə səbəb Lider TV-dəki maliyyə problemləridir. Rəhbərlik telekanalın büdcəsini düzgün idarə edə bilmədiyi üçün çıxış yolu olaraq işçiləri işdən kənarlaşdırmağı uyğun bilib. Prosesin nə ilə yekunlaşacağı, telekanal rəhbərliyinin əl dəyişdirib-dəyişdirməyəcəyi isə suallar sırasındadır.(Musavat.com)
Lider TV bütün əməkdaşlarını işdən ÇIXARDI



Lider TV-də nə baş verir?- Kütləvi ixtisarlar və...
"Lider"də maaş biabırçılığı: 4 aya 150 manat...
“Lider” telekanalında ciddi problemlər yaşanmaqdadır
Telekanal əməkdaşları təltif edildi
Daha bir TV-nin əməkdaşları koronavirusa yoluxdu: 8 nəfərdə virus aşkarlandı
ARB 24-ün keçmiş əməkdaşları telekanal adından sui-istifadə edirlər - AÇIQLAMA
Lider TV-nin prezidenti danışdı: Nə baş verir?
Sərkisyanın qızı işdən çıxarıldı- SƏBƏB?
Mərkəzi Bankın bu işçiləri işdən çıxarıldı?
Azərbaycanda bu telekanalın yayımı DAYANDIRILIB
Zelenski daha bir məmuru işdən qovdu: Məni axmaq hesab edirsən?
Rusiyada erməni əsilliləri işdən çıxarırlar - SƏBƏB ?
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 