Qısa müddət ərzində izləyicilərin böyük rəğbətini qazanan Azərbaycanın ilk və yeganə biznes xəbər kanalı "ARB 24" hər ötən gün daha çox tamaşaçı kütləsi toplamağı bacarır.
24 saat ərzində ölkə və dünya gündəmini, xüsusilə iqtisadi sahədə baş verən bütün yenilikləri tamaşaçılara təqdim edən telekanal həm də rəsmi "Youtube", "Facebook" və "İnstagram" sosial hesabları ilə də izləyicilərini daima məlumatlandırır.
Ancaq "ARB 24" telekanalının adından və loqotipindən istifadə etməklə, sosial şəbəkələrdə icazəsiz saxta səhifələr yaradan, ünvan kimi kanalın faktiki ünvanını qeyd edən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Araşdırmalar nəticəsində bu hesabları "ARB 24"-dən qovulmuş əməkdaşların idarə etdiyi müəyyən edilib.
ONN media xəbər verir ki, məsələ ilə bağlı "ARB 24"ün mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli açıqlama verib:
Həmin səhifə və profillərdə telekanala dair təhrif olunmuş yanlış məlumatlar, telekanala aid olmayan materiallar, vəzifəli şəxslərə qarşı "qara piar" xarakterli məlumatlar paylaşılır. Bununla yanaşı, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır, sosial şəbəkə izləyiciləri bu cür hesabları doğru bilib, telekanal haqqında mənfi düşüncələrə qapılır və yanlış məlumatlarla digər izləyiciləri də saxtakarlığa sövq edirlər.
İzləyicilər "ARB 24"ün rəsmi www.24.arbtv.az saytından "Facebook", "İnstagram" və "Youtube" hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər:
Qeyd edək ki, "ARB 24" adından istifadə edərək özünü telekanalın əməkdaşı kimi təqdim edən şüphəli şəxslərlə qarşılaşdığınızda qaynar xəttimizlə (+994 50 201 93 93) əlaqə saxlamağınızı xahiş edirik.



Mədət Quliyevin sosial şəbəkələrdə hesabı var? — DTX-dən açıqlama
DTX-dan XƏBƏRDARLIQ
DİN-dən sosial şəbəkə istifadəçilərinə CİDDİ XƏBƏRDARLIQ
DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
DTX bu şəxslərə xəbərdarlıq etdi
DİN-dən sosial şəbəkə istifadəçilərinə müraciət
Saxta profil açanların DİQQƏTİNƏ
ARB-nin əməkdaşları koronavirusa görə testdən keçirlər
DİM sosial şəbəkə istifadəçilərinə müraciət etdi
SOCAR əhaliyə müraciət etdi
SOCAR adından edilən bu təkliflərə aldanmayın!
“İnstagram”da dələduzluq edən şəxs ələ keçdi
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 