Prokurorluq orqanlarının adından sui-istifadə edərək vətəndaşı aldatmaqla rüşvət verməyə təhrik etmiş şəxslərin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluqdan ONN media -ya verilən məlumata görə, əvvəllər Bakı şəhər prokurorluğunun Daxili İşlər Orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru işləmiş Samir Nəsirovun qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Aparılmış istintaqla Samir Nəsirovun Bakı şəhər sakinləri Kənan Nəsrullayev və Nurlan Abbasovla qabaqcadan əlbir olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını guya Baş Prokurorluqda işləyən tanışları vasitəsilə rüşvət müqabilində həll edəcəyini yalandan vəd verərək təqsirləndirilən şəxslərin qohumu Tofiq Məmişovu aldatmasına, sonuncunu rüşvət verməyə təhrik edərək həmin məqsədlər üçün 27 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən qanunsuz hərəkətlərinə görə Samir Nəsirov Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri, Kənan Nəsrullayev və Nurlan Abbasov isə 32.4, 312.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddələrdə nəzərdə tutulan ittiham irəli sürülüb. İş üzrə istintaq yekunlaşdırılmaqla 31 may 2020-ci il tarixdə baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən bundan sonra da bu kateqoriyadan olan cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verə biləcək neqativ halların qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.
Keçmiş prokuror barəsində cinayət işi açıldı



Azərbaycanda dələduz "prokuror" həbs olundu
Baş prokurordan yeni TƏYİNATLAR
SON DƏQİQƏ: Vəzifəli şəxslər rüşvətə görə həbs edildi
Daha bir vəzifəli şəxs həbs edildi – Yenə korrupsiya
Bakıda yüksək vəzifədə işləmiş şəxs həbs edildi - ƏHALİYƏ MÜRACİƏT
BNA-nın vəzifəli şəxsləri həbs olundu
Sayt rəhbəri və redaktorun işi məhkəməyə göndərildi
Baş Prokurorluq əməliyyat keçirdi: vəzifəli şəxslər İFŞA EDİLDİ
DGK-nın daha bir neçə vəzifəli şəxsi saxlanıldı
DTX bu İH-də əməliyyat keçirdi- SAXLANILAN VAR
SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİ
Qarabağ qazisinə qarşı dələduzluq edən şəxsdən xəbər var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 