Vəzifəli şəxslərə hədə-qorxu gələrək onların pul vəsaitlərini ələ keçirən şəxslər barəsində olan cinayət işi məhkəməyə göndərilib.
ONN media Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, "Cəmiyyət İnformasiya Agentliyi” MMC-nin təsisçisi Asəf Novruzov və faktiki redaktor vəzifələrini icra edən Məhsud Səfərov qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Aparılan əməliyyat-istintaq tədbirləri ilə Asəf Novruzov və Məhsud Səfərovun qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda müxtəlif vəzifəli şəxslərin barələrində həqiqəti əks etdirməyən rüsvayedici məlumatların fəaliyyət göstərdikləri informasiya resurslarında dərc ediləcəyi ilə bağlı hədələnməsi yolu ilə onlardan ümumilikdə 2 min 900 manat pul vəsaitini hədə-qorxu ilə tələb etməklə almalarına əsaslı şübhələr müəyyən edilib.
İbtidai istintaq zamanı Asəf Novruzov və Məhsud Səfərova Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barələrində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verilməsini tövsiyə edir", - Mətbuat Xidmətindən bildirilib.



Əfqan Sadıqov HƏBS EDİLDİ
Azərbaycanda dələduz "prokuror" həbs olundu
SON DƏQİQƏ: "Antikorrupsiya" əməliyyat keçirdi - Vəzifəli şəxslər tutuldu
BNA-nın vəzifəli şəxsləri həbs olundu
Azərbaycanda vəzifəli şəxslər 157 min manatı belə mənimsədi
Azərbaycanda daha bir "vəzifəli şəxs" HƏBS EDİLDİ
Bakıda vəzifəli şəxsin şok əməlləri - 54 milyon manatı...
Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu
Bakıda vəzifəli şəxslərə cinayət işi açıldı
Tutulan icra başçısı məhkəməyə gətirildi
Həbs edilmiş baş həkimin işi MƏHKƏMƏDƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 