Şənbə və bazar günləri evdən çıxan şəxslər cərimə oluna və həbs edilə bilərlər. ONN media xəbər verir ki, bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, məhdud sayda icazə verilən təşkilatların əməkdaşlarının gediş-gəlişinə icazə verilib. Həmin təşkilatların xidməti nəqliyyat vasitələri istisna olmaqla, şənbə və bazar günü əhalinin evdən çıxmasına, ictimai nəqliyyatın hərəkətinə tam qadağa qoyulub. Bu əmələ görə fiziki şəxslər 100-200 manat, vəzifəli şəxslər 1500-2000 manatadək, hüquqi şəxslər isə 2000-5000 manatadək cərimə oluna, hətta 30 sutkaya qədər həbs edilə bilərlər. Kamran Əliyev onu da bildirib ki, şəhərdə əvvəlki kimi polis postları qurulmayacaq. Xidmətdə olan polis əməkdaşları şəhərə nəzarət edəcək və qadağaya əməl etməyənlərlə bağlı onlar tədbir görəcək. Bundan başqa, qadağanın tətbiq edildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna da polis kameralarla nəzarəti daha da artıracaq. Şənbə və bazar günləri rayonlara gediş-gəlişə də icazə verilməyəcək. Şəhər daxilindəki karantin postlarının ləğv olunmasına baxmayaraq, inzibati ərazilərdəki giriş-çıxış postları 24 saat fəaliyyət göstərir. Paytaxtda qeydiyyatda olan şəxslər rayonlara gedə bilməzlər və digər rayon və şəhərlərdə yaşayan insanlar da Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərinə və Abşeron rayonuna gələ bilməzlər. Şöbə rəisi xəbərdarlıq edib ki, heç kəs şənbə və bazar günü rayona getməyə cəhd göstərməsin. Onsuz da, onlar karantin postlarından buraxılmayacaqlar. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: https://www.youtube.com/watch?v=aKcmECgEFRw&feature=emb_title
Bakıda karantin postları bərpa edilir? - AÇIQLAMA



Həftə sonu küçəyə çıxanları hansı cəza gözləyir?
Əhaliyə XƏBƏRDARLIQ!- Həbs oluna bilərsiniz
Bakıda karantin postları yenidən qurulur
Bakıda yenidən karantin postları quruldu - Rəsmi
Koronavirusla bağlı cərimələr təsdiqləndi – MƏBLƏĞ
Rayondan Bakıya gəlmək istəyənlərin diqqətinə
Karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır
İctimai nəqliyyatda maska taxmayan şəxslər cərimə edildi
Bu ərazilərdə polis postları qurulacaq
Sərt karantin rejiminə əməl etməyənlərin aqibəti NECƏ OLACAQ? – RƏSMİ
DİQQƏT- 100 azn cərimələnəcəksiniz
Həftəsonu bu ərazilərdə yenidən postlar qurula bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 