Bəzi qadağalar aradan qaldırıldıqdan sonra şəhər daxilindəki bütün polis postları yığışdırılıb. ONN media xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlər aradan götürüldüyündən polis postlarının ləğv edilməsinə də qərar verilib. Şöbə rəisinin sözlərinə görə, postlarda duran polis əməkdaşları şəhərdə xidmətə cəlb ediliblər. Kamran Əliyev Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna giriş-çıxışın necə tənzimlənəcəyini də açıqlayıb. O deyib ki, ”icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək sistemi ləğv olunduğu üçün Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonunu tərk edərək digər rayonlara getməli olan dövlət qurumlarının əməkdaşları mütləq qaydada quraşdırılmış polis postlarında işlədiyi dövlət qurumu tərəfindən ona verilmiş ezamiyyə vərəqəsini və digər sənədləri təqdim etməlidir. Əks halda həmin şəxslər buraxılmayacaq. Qeyd edək ki, Bakı, Sumqayıt və Abşeron rayonuna girişdə qurulan postlardan qaçaq yolla keçmək istəyən şəxslərə qarşı sərt tədbirlər görüləcək. Karantin qaydasına əməl etməyən şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat məbləğində cərimə və ya 10-30 sutka həbs edilə bilərlər.
Əhaliyə XƏBƏRDARLIQ!- Həbs oluna bilərsiniz



Bu gündən rayona gediş-gəliş necə olacaq?
Bakıda karantin postları bərpa edilir? - AÇIQLAMA
Karantin rejimini pozan 900 nəfər cərimələndi - DYP
Bu ərazilərdə karantin postları ləğv edildi
Bakıya gediş- gəlişə hansı halda icazə veriləcək?
Bu şəxslərin icazəsi ilə bağlı yeni qərar
Yollarda karantin qaydalarını pozan sürücülər saxlanılır
DİN rayonlara gediş-gəlişlə bağlı detalları AÇIQLANDI
Yalnız fərqlənmə nişanı olan taksilərə icazə veriləcək - BDYPİ rəsmisi AÇIQLADI
Bu yollarda polis postları quruldu - DİQQƏT!
Karantinə görə qurulan polis postları ləğv edilir?
Dövlət qurumlarının işçiləri ilə bağlı QƏRAR VERİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 