Bildiyiniz kimi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub. Turan Araşdırma İctimai Birliyinin sədr müavini, iqtisadçı alim, hüquqşunas Cavid İsmayıl öz facebook səhifəsindən müraciət edib ki, xain düşmənə qarşı indi nəinki Azərbaycan, bütün dünya azərbaycanlıları səfərbər olmalıdırlar: "Düşmən yenə iç üzünü göstərdi. Və şəhidlərimiz var. İndi nə çal-çağır, nə də ağlaşma qurmaq vaxtıdır. İndi hər kəs öz sahəsində-cəbhədə olan cəbhədə, iş yerində olan iş yerində mənfur düşmənə qarşı mübarizə aparmalıdırl. Azərbaycan ordusu, şanlı əsgərlərimiz vəsf olunmalı, şəhidlərimiz hamıya tanıdılmalıdır. Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə bütün şəxsi intriqalar, məişət problemləri arxa plana keçməli, gündəmdə yalnız rəşadətli Azərbaycan ordusu olmalıdır. Bu həm ağır, həm də şərəfli günlərdə televiziyalarımızın rolu danılmazdır. Və mən onlara ayrıca səslənirəm ki çal-çağır, şou qiybətləri zamanı deyil. Bütün ölkənin gözü ekranlara dikilib. Bütün dünyanın gözü Azərbaycandadır! Sağ olsun AzTV Mədəniyyət kanalı və ATV! Sosial şəbəkə üzərindən səsimizi eşitdilər və dərhal proqramlarında dəyişiklik etdilər! Digər kanalları da buna dəvət edirik! Sosial şəbəkə istifadəçiləri son dərəcə aktiv olmalıdırlar ! İndi hər yer VƏTƏNDİR! "Suyum gəlmir", "Qazım kəsilib" kimi məsələlər bu günün söhbəti deyil. Bu gün dilimizin şah sözü vətən və Azərbaycan əsgəri olmalıdır."
QHT RƏHBƏRİNDƏN TV VƏ SOSİAL ŞƏBƏKƏ İSTİFADƏÇİLƏRİNƏ ÇAĞIRIŞ



SON DƏQİQƏ: Ordumuz daha bir şəhid verdi
Tovuz şəhidini qarşılayır
Azərbaycan şəhid polkovnikini izdihamla qarşıladı - FOTO
SON DƏQİQƏ: Şəhidimiz torpağa tapşırıldı - FOTOLAR
Daha bir şəhidimiz dəfn edildi
Ermənistan MN-i itkilərini etiraf etdi
Telekanallar yayımdan musiqili və əyləncəli verilişləri çıxardı - MTRŞ
SON DƏQİQƏ: Azərbaycan ordusu 2 şəhid verdi
Şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb - FOTO
Bu gün Tovuz döyüşlərindən 2 il ötür
Dövlət televiziyası şəhidlərə görə konserti LƏĞV ETDİ
Ordumuzun əsgəri şəhid oldu - MN
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 