Müharibə yalnız düşmənlə təmas xəttində deyil, informasiya sahəsində də aparılır. Düşmənlərimiz (yalnız ermənilər deyil) müxtəlif forma və üsullardan istifadə edərək informasiya məkanımıza dezinformasiyalar daxil etməklə yanaşı, ölkəmizdə, vətəndaşlarımız arasındakı ab-havanı da öyrənməyə çalışır, müəyyən manipulyativ xarakterli xəbərlər ötürməklə ictimai rəyi yoxlamağa, bir növ test etməyə səy göstərir, bilgi almaq istəyirlər.
ONN media xəbər verir ki, bu barədə siyasi ekspert Vüqar Zifəroğlu qeyd edib. O bildirib ki, sosial şəbəkə istifadəçiləri paylaşımlarına diqqət edilməlidir:
“Dəfələrlə qeyd etmişik: İnformasiya müharibəsi yalnız saytların dağıdılması və kiber hücumlar deyil, həm də təhlükəsizliyimizin xüsusi komponentini təşkil edən informasiya məkanımıza müxtəlif yollarla müdaxiləni əhatə edir. İnformasiya müharibəsi - beyinlərə yönəlik həmlədir. Hədəfdə çaşqınlıq, inamsızlıq, psixoloji depressiya və ümidsizlik yaratmaqdır.
Bildiyiniz kimi, azərbaycanlı adı ilə qeydiyyatdan keçmiş və dilimizdə fikirlərini sərbəst şəkildə ifadə etməklə özünü bizdən biri kimi təqdim etməyə, hətta qəbul etdirməyə müvəffəq olmuş kifayət qədər erməni “feyk səhifə”ləri və profilləri var. Bu səbəbdən hər birimiz diqqətli olmalıyıq. Şübhəli görünən profillərdən gələn mesaj və rəylərə həssas yanaşmalı, onları şikayət etməliyik.
Yaşından, ixtisasından, dünyagörüşü və elmi səviyyəsindən asılı olmayaraq bizim hər birimiz dövlətimiz və millətimiz qarşısında məsuliyyət daşıyırıq. Bu məsuliyyəti unutmamalı, bir vətəndaş olaraq məhz bu prinsiplərdən çıxış etməliyik”.
Politoloq fikirlərinin izahı üçün foto-skrin də paylaşıb.
Qeyd edək ki, Müdafiə Nazirliyi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyətin düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşləşməsi barədə məlumat yayıb.(axar.az)
Erməni təxribatı səngimir: Bu yola da əl atdılar - ŞOK FOTO



Erməni təxribatçılar "iş başında" - FOTO
Düşmən təxribatının yeni dalğası
Rusiyadan ABŞ-a müharibə mesajı
Baş Prokurorluqdan XƏBƏRDARLIQ: sosial media və KİV...
Ermənilərdən ŞOK AÇIQLAMA- "Ermənistan Azərbaycana uduzur"
"Facebook"da TƏHLÜKƏ
DTX erməni təxribatı ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ
Torpaqları belə alacağıq - Partiya lideri açıqladı
VPN istifadə edənləri nə gözləyir?
Baş Prokurorluq sosial şəbəkələrdə terrorçuluğa çağırışlarla bağlı və bəzi KİV-lərə qarşı cinayət işi açdı
Azərbaycanda Dövlət Nəzarəti İnformasiya Sistemi yaradılır - FƏRMAN
Dəstək göstəriləcək saytların siyahısı hazırlanır - MEDİA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 