Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir. ONN media Dövlət Təhlükəsizlik Xidmətinin saytına istinadla xəbər verir ki, bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırıblar. Erməni tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün fəaliyyətini ardıcıl olaraq davam etdirir, Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir. Qeyd olunanlarla əlaqədar, vətəndaşlarımızı düşmən təxribatlarına uymamağa çağırır, onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlər haqqında WhatsApp və Telegram (+994774059999) kanalları vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat vermələri xahiş olunur.
DTX erməni təxribatı ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ



DTX-dən vətəndaşlara MÜRACİƏT: Cəbhədəki vəziyyətlə bağlı...
Qazaxda erməni təxribatı - DSX məlumat yaydı
Daha bir erməni generalı MƏHV EDİLDİ
Ermənilərin təqdim etdiyi danışıqlarla bağlı - RƏSMİ AÇIQLAMA
Erməni əsgərlərdən BİYABIRÇILIQ- SƏN DEMƏ...
Erməni kəşfiyyatı bunu əldə etmək üçün... - MN
Döyüş zonasından video yayanlarla bağlı cinayət işi açıldı
İşğaldan azad olunan sərhəd zastavalarımızda bayrağımız UCALDILDI - FOTO
Bir hərbi qulluqçumuz yaralandı
Ordumuz qış rejiminə keçir
Ermənistan ordusu TƏŞVİŞDƏ: ermənilər mövqelərini tərk edir - RƏSMİ AÇIQLAMA
Erməni təxribatı səngimir: Bu yola da əl atdılar - ŞOK FOTO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 