Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam edərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir. Bununla bağlı Baş Prokurorluq məlumat yayıb. Bildirilir ki, Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun dörd ailə üzvü həlak olublar. Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Erməni təxribatı nəticəsində bir ailənin beş üzvü həlak oldu - RƏSMİ



Ermənistan ordusu daha bir azərbaycanlı ailəni qətlə yetirdi
Düşmən atəşi nəticəsində Ağdam sakini həlak oldu - RƏSMİ
Füzulidə 30 yaşlı dinc sakin Ermənistan ordusu tərəfindən qətlə yetirildi
Ermənistan ordusu mülki əhalini atəşə tutdu - İki bacı həlak oldu
Ermənilər mülki əhalini atəşə tutdu: 2 qardaş HƏLAK OLDU
Ermənistan daha bir mülki şəxsi qətlə yetirdi
Ermənilər Cocuq Mərcanlını atəşə tutdu: Yeniyetmə yaralandı - RƏSMİ
Cəbhədəki vəziyyətlə bağlı SON AÇIQLAMA
Düşmənin növbəti Gəncə terroru ilə bağlı cinayət işi başlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 