İyul ayında Ermənistanın Tovuza hücumunun bir neçə hədəfi var idi. Çünki ondan öncəki dönəmdə bəyan etmişdilər ki, əgər Dağlıq Qarabağ ətrafında döyüşlər olarsa, onlar bizim strateji infrastruktur layihələrimizi vurmağa hazırdırlar - Səngəçal Neft-Qaz Terminalı və boru xətti. Ona görə Tovuz bölgəsində hücumun bir məqsədi də o idi ki, onlar test edirdilər, haraya qədər girə bilərlər. Çünki orada onların əsas məqsədi dövlət sərhədini keçmək, Azərbaycan torpaqlarını işğal etmək və həmin TANAP boru xəttinə yaxınlaşmaq, yaxud da ki, onu nəzarətə almaq idi. ONN media xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində səsləndirib. Hücumun digər səbəblərindən də danışan dövlətimizin başçısı deyib: "Hazırda Ermənistanda çox dərin böhran yaşanır, həm siyasi, həm iqtisadi. Bu böhran nəticəsində Ermənistanda siyasi əlaqələr pozulub. Çünki indi Paşinyan hakimiyyəti əsas müxalifət liderlərini həbsə atdırır. Misal üçün, əsas müxalifət partiyasının sədrini deputat toxunulmazlığından məhrum etdi, həbsə atdı. İki keçmiş prezidentə qarşı cinayət işi açıldı. Söz azadlığı, sərbəst toplaşma azadlığı yoxdur. Konstitusiya Məhkəməsini zor gücü ilə məhv etdi, öz adamlarını gətirdi. Ona görə Ermənistanın daxilində artıq çox ciddi bir narahatlıq var. Paşinyan ictimai fikri yayındırmaq üçün bu hücumu təşkil edir. Rusiyanı cəlb etmək, strateji infrastrukturumuzu məhv etmək, daxildəki vəziyyəti sabitləşdirmək və Azərbaycan torpaqlarının bir qismini işğal etmək və ondan sonra müzakirələrdə öz mövqeyini gücləndirmək".
Prezident Ermənistanın iyul təxribatının hədəfini AÇIQLADI



Təxribat niyə məhz iyulun 12-də törədildi? - Prezident açıqladı
Prezident Gəncəyə hücum qərarını KİMİN VERDİYİNİ AÇIQLADI
Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb - Prezident
Prezident: Ərazi bütövlüyümüzün bərpası tarixi ədaləti təmin edəcək
İrəvana MESAJ: "Zəngəzur bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik"
Biz sona qədər gedəcəyik - Prezident
Fransa özü-özünü həmsədrlər üçlüyünün xaricinə qoyur
İlham Əliyev: Bu layihə daha böyük anlaşmaya yol açacaq
"Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq"
Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur- İlham Əliyev
Azərbaycan Prezidenti: "Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq"
Monitorinq Mərkəzi bu tarixdə hazır olacaq - Prezident AÇIQLADI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 