İndi baxın, Ermənistan nə gündədir. Orada böhran yaşanır, gündə toqquşmalar, həbslər baş verir, demokratik əsaslar demək olar ki, tamamilə pozulub. Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmamışdır. Onları bu vəziyyətə salan onların rəhbərləridir. Həm 20 il Ermənistana başçılıq edən xunta rəhbərləri – Köçəryan-Sarkisyan xuntası, həm ondan sonra gələn hakimiyyət. Bu barədə Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsində şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə bildirib. Ermənistanda hakimiyyətə gələnlərin qarşısında iki seçim olduğunu söyləyən dövlətimizin başçısı deyib: “Ya işğalçılıq siyasətini davam etdirəcək və özünü bədbəxt edəcək, ya da ki, öz xoşu ilə bizim torpağımızdan çıxacaq. Bu şansı biz verdik və mən hətta müharibə dövründə dəfələrlə demişdim ki, bizə tarix versinlər, onlar hansı tarixdə hansı bölgələrdən çıxırlar və biz müharibəni dayandırırıq. Belə də oldu, tarix verilən kimi müharibə dayandı. Ancaq onlar məcbur olub bu tarixi bizə verdilər, öz xoşuna yox. Biz artıq onların ordusunu, Ermənistan ordusunun canlı qüvvəsini məhv edəndən, onlar diz çökəndən sonra buna məcbur oldular və kapitulyasiya aktına imza atdılar və bizim qələbəmiz təsdiq olundu”. Prezident İlham Əliyev qeyd edib ki, biz onsuz da bütün torpaqları azad edəcəkdik. “Ancaq itkilər çox ola bilərdi, xüsusilə Kəlbəcər, Laçın istiqamətində. Artıq qış gəlmişdi, qar yağmağa başlamışdı, orada bizim itkilərimiz çox ola bilərdi. Ona görə düşməni hərbi yolla məğlub etdik, torpağımızdan qovduq, Şuşa şəhərini və digər şəhərləri işğalçılardan azad etdik. Ondan sonra Laçın, Kəlbəcər rayonlarını və Ağdam rayonunun bir hissəsini siyasi yollarla qaytardıq və artıq bizim nəzarətimizdədir”, - deyə dövlətimizin başçısı əlavə edib.
Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb - Prezident



Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır - İlham Əliyev
Prezident: "On min fərarisi olan ordu biabırçılıq və rəzalətdir"
Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü
İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərilə görüşdü
Prezident əlillərə təqdim olunan avtomobili sürdü
İlham Əliyev Ermənistanla bağlı ƏSAS ŞƏRTİ AÇIQLADI
Ermənistanla sülh sazişimiz olmasa, bu o deməkdir ki... - Prezident
Biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmadıq - Prezident
İlham Əliyev: Ermənistanda kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı
"Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 