Xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryanın iştirakı ilə Bakıda mətbuat konfransı keçirilib. ONN media xəbər verir ki, mətbuat konfransında öncə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edib. O bildirib ki, Aznif Baqdasaryanın nənəsi Bakıda yaşayıb: “O, hər yay nənəsinin yanına gəlib. Biz görüşəndə nənəsinin yaşadığı həmin o yerləri də görmək istədi və onu həmin yerə apardıq. O, həmçinin Azərbaycan qutabını xoşladığını deyib. Biz gedib çay da içdik və o, Azərbaycan qutabını daddı. Biz ona bir daha dedik ki, Azərbaycanın erməni xalqı ilə işi yoxdur. Azərbaycan işağl olunmuş yerlərdə humanitar dəhlizin açılmasına razıdır. Biz bu barədə Azniflə söhbət etdik. Heç bir problemi yoxdur”. Daha sonra çıxış edən xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryan bildirib ki, Düşənbə şəhərində anadan olub: “Nənəm 1988-ci ilə qədər Bakıda yaşayıb”. A.Baqdasaryan bildirib ki, onun üçün pis millət və pis ölkə heç vaxt olmayıb: “Biz də sizin kimi müharibə istəmirik. İstəmirik ki, analar övladlarının ölümünə ağlasın, uşaqlar isə yetim qalsın. Müharibə çoxlu dərd gətirir. Əvvəllər iki millət dostluq və sülh içərsində yaşayırdı. Məni qorxudurdular ki, sən azərbaycanlıların əlinə düşsən öldürəcəklər. Ancaq tam əksi oldu. Mənimlə yaxşı rəftar edirdilər. Mənə Bakını göstərdilər. Sevdiyim qutabı burada yedim. Kim nə deyir-desin, ən dadlı qutabları Bakıda bişirirlər. Mən Bakıda paxlava ilə çay içdim. Həmçinin mənə köhnə və xoş xatirələrimin olduğu Bakını göstərdilər. Nənəmgilin yaşadığı evi də mənə göstərdilər”.
Ordumuzun döyüş bölgəsindən xilas etdiyi Ermənistan vətəndaşı DANIŞDI: “Məni qorxudurdular ki...”



Aznif Baqdasaryan Ermənistana təhvil verildi
Ukraynadan daha 9 azərbaycanlı Vətənə təxliyə olunub
Ərazidən 314 Azərbaycan, 775 erməni əsgərin meyiti çıxarıldı - AÇIQLAMA
Ağır yaralanan erməni hərbçilər cəbhə bölgəsindən Ermənistana aparılır
Zəngilanda suriyalı ermənilərin sənədləri ələ keçirildi - FOTOLAR
Azərbaycanlılar Gürcüstandan təxliyə ediləcək
Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir
Erməni qızdan Paşinyana ŞOK: Azərbaycan vətəndaşı olacam
SON DƏQİQƏ: əməliyyatların 7-ci günündə terrorçulardan ŞOK ADDIM, Ermənistan...
YAP 10 azyaşlı uşağı və daha 5 ailəni himayəyə götürdü
XİN əsirlərlə bağlı məlumat yaydı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 