“Yeni Azərbaycan Partiyası Vətən müharibəsinin davam etdiyi bu günlər ərzində döyüş bölgəsindən uzaqlarda yerləşən, lakin xain erməni hərbçilərinin bombardmanlarından zərər çəkmiş yaşayış məntəqələrimizdə evləri bu və ya digər dərəcədə dağılmış sakinlərə yardım məqsədilə geniş layihələr həyata keçirməkdədir”. ONN media bildirir ki, bunu YAP-ın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev ötən gün partiyanın nümayəndə heyətinin Gəncə şəhərinə səfəri zamanı səsləndirilmiş qərarı şərh edərkən bildirib. H.Paşayev qeyd edib ki, Milli Ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həyata keçirdiyi əməliyyatlar Azərbaycanın haqq işidir. Azərbaycan əsgərinin bu müharibədə hədəfi nə yaşayış məskənləri, nə mülki obyektlər, nə də dinc sakinlərdir. Lakin vəhşi xislətli ermənilərin və onların işğalçı ordusunun yaşayış məntəqələrimizi hədəfə çevirməsi nəticəsində yüzlərlə dinc sakinimiz yaralanmış, onlarla uşaq, qadın və qoca həyatını itirmişdir. “Təəssüf ki, döyüş bölgəsindən çox-çox uzaqlarda yerləşən Gənc şəhərində də daha irimiqyaslı dağıntıların şahidi olduq. Onlarla dinc sakin həyatını itirdi, yüzlərlə yaralımız vardır. Yeni Azərbaycan Partiyası, erməni vəhşiliyinin qurbanı olmuş 8 ailədə valideyinlərini itirmiş 10 azyaşlı uşağın himayəyə götürülməsi barədə qərar qəbul etmişdir. Qəbul edilmiş qərara əsasən, 6 ailəni təmsil edən 6 azyaşlının hər birinə ayda 300 manat, hər ailədən 2 azyaşlı olmaqla daha 4 azyaşlıya isə yetkinlik yaşına çatana qədər ayda 500 manat təqaüd ödəniləcəkdir. Partiya tərəfindən bank vasitəsilə ödəniləcək bu vəsaitlər uşaqların dövlət tərəfindən rəsmi surətdə tanınmış himayədarlarına çatdırılacaqdır”. Hüseyn Paşayevin sözlərinə görə, Yeni Azərbaycan Partiyası tərəfindən Gəncə şəhərində raket zərbələri nəticəsində evləri dağılmış daha 5 ailənin himayəyə götürülməsi ilə bağlı da müvafiq addımlar atılmışdır. Belə ki, qəbul edilmiş qərara əsasən, həmin 5 ailə onlar üçün yeni yaşayış evlərinin tikilib istifadəyə verilməsinə qədər yaşayacaqları mənzillərin kirayə haqqı ayda 300 manat olmaqla YAP tərəfindən ödəniləcəkdir.
YAP 10 azyaşlı uşağı və daha 5 ailəni himayəyə götürdü



Hüseyn Paşayev YAP-dakı vəzifəsindən AZAD EDİLDİ
Azərbaycanın Hərbi Komandanlığından işğal altında olan ərazilərimizdə yaşayan dinc əhaliyə MÜRACİƏT
Prokurorluq Gəncə terroru ilə bağlı bəyanat yaydı
Ermənilərin öldürdüyü və yaraladığı azərbaycanlıların STATİSTİKASI
Sədr müavini İordaniya KİV-ində erməni terrorundan yazıb
Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı - Sərəncam
Ermənistanın təcavüzü nəticəsində həlak olmuş şəxslər... - Nazirlər Kabineti AÇIQLADI
Ermənilərin vurduğu yaşayış evlərinin sayı AÇIQLANDI
Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri AÇIQLANDI
Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 19-a çatdı - RƏSMİ
Gəncəyə raket atılması nəticəsində 5 nəfər həlak olub
Ağdam və Tərtərə FHN-in qüvvələri CƏLB EDİLDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 