"Mən düşünürəm ki, müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz belə bir təklif irəli sürdük və bizim təklifimiz çox konstruktiv idi. Bu bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq. Hələ ki, o, üzərinə belə bir öhdəlik götürməyib". ONN media bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib. "Kompromislər haqqında ona sual verildikdə o, həmişə öz müqəddəratını təyinetmədən danışır. Lakin öz müqəddəratını təyinetmə onların getməli olduğu kompromis deyil. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır. Əsas prinsiplərdə deyilir ki, əvvəlcə beş rayon, sonra da iki rayon boşaldılmalıdır. Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin dayanmasını istəmir", - Prezident bildirib.
İlham Əliyevdən Paşinyana XƏBƏRDARLIQ



İlham Əliyev “La Republica” qəzetinə müsahibə verdi
Əgər bizə hücum olunursa... - Prezidentdən Ermənistana SƏRT XƏBƏRDARLIQ
Biz sona qədər gedəcəyik - Prezident
Kəlbəcər və Laçını boşaltmaq üçün... - Prezident şərtini açıqladı
İlham Əliyev: O deməlidir ki, azərbaycanlılar Şuşaya qayıdacaq
İlham Əliyev: "Bu, Paşinyanın növbəti yalanıdır"
Dağlıq Qarabağda referendum olacaqmı? - PREZİDENT AÇIQLADI
Tural Gəncəliyevdən Qarabağ separatçılarının rəhbərinə CAVAB
"Üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil, sülh sazişi də deyil" - İlham Əliyev
İlham Əliyev Qarabağla bağlı MÜJDƏNİ VERDİ
İlham Əliyev Ermənistanla bağlı ƏSAS ŞƏRTİ AÇIQLADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 