Döyüş meydanında Azərbaycan Ordusu qarşısında məğlub olan düşmən sosial media və digər rəqəmsal platformalarda müxtəlif saxta səhifələr, o cümlədən saytlar yaradıb cəbhəboyu zonadakı vəziyyət, xüsusilə də hərbi-siyasi və əməliyyat şəraiti, hərbi texnika və onun hərəkəti haqqında, eləcə də silah-sursat barədə saxta xəbərlər ictimailəşdirməklə vətəndaşlarımızda çaşqınlıq yaratmağa cəhd edir. Bu barədə ONN media -ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun uğurlarının Ermənistan əhalisindən gizlədilməsinə, vətəndaşlarımızda təşviş yaratmağa yönələn bu cəhdlər ifşa olunmaqdadır. Ermənistan tərəfindən həyata keçirilmiş növbəti təxribatlardan biri də “hamimiz.com” adlı saxta saytın yaradılmasıdır. Həmin “fake” saytda guya şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların siyahısına mülki şəxslərin, o cümlədən qadınların da adları daxil edilmişdir. Bununla da, qeyd olunan saytın düşmənin maraqlarına xidmət etməsi, əhalimiz arasında təşviş yaratmaq məqsədi daşıması müəyyən edilmişdir. Hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, bu kimi saxta saytlarda və digər informasiya daşıyıcılarında olan təxribat xarakterli məlumatlara inanmağa çağırır, şübhəli hər hansı saxta platforma ilə qarşılaşan zaman hüquq-mühafizə orqanlarına dərhal məlumat verilməsi xahiş olunur. Hazırda qeyd edilən saxta saytla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırmalara başlanılmışdır.
Düşmənin yaratdığı saytla bağlı RƏSMİ AÇIQLAMA



Əhaliyə XƏBƏRDARLIQ: Bu sayt erməni yalanlarını tirajlayır
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların - YENİ SİYAHISI
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların YENİ SİYAHISI
Vətən müharibəsi şəhidlərinin yeni siyahısı
Vətən müharibəsində şəhid olmuş hərbçilərin yeni siyahısı
Cəbhədən SON XƏBƏR
Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir - Prezident
Düşmənin 550 nəfərdən çox itkisi var - Müdafiə Nazirliyi
Ermənistan ordusu TƏŞVİŞDƏ: ermənilər mövqelərini tərk edir - RƏSMİ AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 