Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumata əsasən bu ilin 9 noyabr tarixində saat 18.30 da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub. ONN media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda bildirilir: Bununla bağlı aşağıdakıları qeyd etmək lazımdır: -helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuşu həyata keçirib. -uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib. -bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib. Qeyd olunan amilləri və bölgədəki gərgin vəziyyəti, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq, növbətçi hərbi bölüm tərəfindən atəşin açılması qərarı verilib. Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfinə üzrxahlığını bildirir. Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə dərin başsağlığı bildirir və xəsarət alanların tezliklə sağalmalarını diləyir. Azərbaycan tərəfi müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu bildirir.
XİN -dən Rusiya helikopterinin vurulması ilə bağlı BƏYANAT



Zakir Həsənov Rusiya tərəfinə başsağlığı verdi
Rusiyadan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMA
MN-dən Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçu ilə bağlı AÇIQLAMA
Qarabağa 8 hərbi helikopter göndərildi - SƏBƏB...
Lavrov Mirzoyandan TƏLƏB ETDİ: mümkün qədər tez...
Üçtərəfli əməkdaşlıq intensivləşdirilir - Kreml BƏYAN ETDİ
Rusiya qırıcıları Fransa təyyarələrini izlədi
Qarabağla bağlı bəyanatın TAM MƏTNİ
DTX-nın antiterror əməliyyatı: iki kənd nəzarətə götürüldü
XİN 62 erməni diversantı ilə bağlı XƏBƏR YAYDI
XİN: Ermənistanın bu cəhdləri qəbuledilməzdir
PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 