"Xoş gəlmisiniz. Belə gətirdi ki, Sizin Azərbaycana gəlişiniz, demək olar, müharibə dövrünə təsadüf etdi. Odur ki, obyektiv səbəblərə görə bizim görüşümüz təxirə salındı. Mənə məlumat verilmişdir ki, siz, demək olar, iki ay bundan əvvəl gəlmisiniz. Əminəm ki, görüşümüzün nə üçün daha əvvəl baş tutmamasını başa düşürsünüz. Lakin əfsuslar olsun, görüşümüz təyin olunanda mənə məlumat verildi ki, ölkənizin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etdi. Mənə köməkçim məlumat verdi ki, müzakirələr zamanı Niderlandın xarici işlər naziri daha da balanslaşdırılmış yanaşma ilə çıxış etdi. Odur ki, biz bunu qiymətləndiririk. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək". ONN media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanı qəbulu zamanı deyib. Dövlət başçısı sözlərinə belə davam edib: "Əvvəla, dünən bu qərarın qəbul olunması faktını nəzərə alaraq demək istəyirəm ki, Ermənistan bizə hücum etdi. Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı. Sizin də bildiyiniz kimi, noyabrın 10-da müharibəyə son qoyan üçtərəfli bəyanat imzalanmışdır. Buna görə mənə çox qəribə gəldi ki, bundan sonra - Ermənistanın kapitulyasiyası olan bu bəyanatı onun özü imzaladıqdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərar qəbul edildi. Yəqin siz də bilirsiniz ki, regional ölkələr bu bəyanatı dəstəkləyiblər. Bütün qonşularımız bu bəyanata dəstəyini ifadə ediblər. Qonşularımızdan ikisi - Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini təmin edəcək əməliyyatlarda iştirak edəcək. Odur ki, hesab edirəm, başqa tərəfdənsə bizim tərəfimizdə olmağınız daha ədalətli olardı".
İlham Əliyevdən səfirə SƏRT SÖZLƏR: Mənə köməkçim məlumat verdi ki...



Prezident Paulin Eizemanı qəbul etdi (YENİLƏNDİ)
İlham Əliyev Putinlə görüşünü anons etdi
Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil - Prezident
İlham Əliyev Valeri Gerasimovu qəbul etdi - FOTO
Prezident Macarıstanın nazirini videoformatda qəbul etdi - YENİLƏNDİ
İlham Əliyev: "Regionda nəhəng geosiyasi dəyişiklik baş verib"
Prezident bu məşhur şəxsə ev hədiyyə etdi
İlham Əliyev Türkiyə parlamentinin nümayəndə heyətini qəbul etdi (YENİLƏNDİ)
Bu müharibə göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir - Prezident
Prezidentdən Türkiyə səfirinə: "Azərbaycana – Vətəninizə xoş gəlmisiniz!"
Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul etdi - YENİLƏNDİ
Əliyev: "Minsk qrupunu səfərə dəvət etməmişəm"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 