Azərbaycan, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.
ONN media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sərhədin tam və dəqiq müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından vacibdir. Demarkasiya işlərindən sonra Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin hərbi bazalarının göstərilən sərhədlərdə yerləşdiriləcəyi qeyd olunub.
Qeyd edək ki, bu gün (dünən -red.) 250 Azərbaycan hərbçisinin, o cümlədən yüksək rütbəli zabitlərin Zod (Söyüdlü) qızıl mədəninin ərazisində peyda olduqları ilə bağlı erməni mətbuatı məlumat yaymışdı. Hətta bununla bağlı video da paylaşılmışdı. Qeyd olunurdu ki, Azərbaycan əsgərləri erməni hərbçilərindən mədənin ərazisini tərk etməyi tələb ediblər.
"Bura bizim ərazimizdir, rədd olun burdan", - Azərbaycan Ordusunun zabiti deyib.
Erməni tərəfinin təmsil edənlər məsələni aydınlaşdırmaq üçün vaxt istəyiblər. İki saata yaxın davam edən danışıqlardan sonra Azərbaycan Ordusunun əsgərləri sabaha qədər onlara vaxt verib: "Onlar (Azərbaycan əsgərləri - red.) gedərkən deyiblər ki, sabah gələndə sizi burda görməyək. Yoxsa bilirsiniz nə edəcəyik!". (axar.az)



Kəlbəcərdə dövlət sərhədinin demarkasiya işləri aparılır
Müdafiə Nazirliyindən SON DƏQİQƏ AÇIQLAMASI
Kəlbəcər istiqamətində daha bir erməni məhv edild
Ermənilər Qaragöldə belə mühasirəyə salındılar - FOTOLAR
SON DƏQİQƏ: Daha 2 şəhidimiz var
Erməni hərbçilərin Kəlbəcərə girməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Ordumuz rus texnikasını vurub?- Rəsmi
Rəsmi Bakıdan Ermənistana ÇAĞIRIŞ
Azərbaycan daha 95 erməni meyidini təhvil verdi
Ordumuz erməni hərbçisini öldürüb?- Rəsmi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 