Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər. Daxili İşlər Nazirliyindən (DİN) ONN media -ya verilən məlumata görə, son günlər ictimai iaşə obyektlərində, o cümlədən restoran və əyləncə mərkəzlərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar şənliklərin təşkili və keçirilməsi ilə bağlı elanlar verilir. Diqqətə çatdırırıq ki, COVID-19 infeksiyasının daha geniş yayılmasının qarşısının alınması məqsədilə kütləvi şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsi yolverilməzdir. Vətəndaşlarımızı belə kütləvi tədbirlərdə iştirakla bağlı hər hansı elana və dəvətlərə inanmamağa, xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırırıq. Tətbiq edilən xüsusi karantin rejimi dövründə kütləvi tədbirlərin, şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsinə cəhdlərin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq, heç bir kütləvi tədbirin keçirilməsinə imkan verilməyəcəkdir. Hər hansı belə fakt aşkarlanacağı təqdirdə təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar.
Yeni il şənliyi ilə bağlı Azərbaycan əhalisinə MÜRACİƏT



Hotellərdə Yeni il şənliklərinin keçirilməsi qadağandı - XƏBƏRDARLIQ
Bunu edənlər inzibati məsuliyyətə cəlb olundu - DİN
Toy, ad günləri keçirmək istəyənlərə DİN-dən XƏBƏRDARLIQ
Bakı polisi nəzarəti gücləndirdi
Bakıda birgə reydlər keçirilir - FOTOLAR
Bakı polisi karantin qaydalarını pozanları cərimələdi
Bakıda karantini pozan şəxslər cərimə edildi
Baş Nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR
Polis nəzarət-profilaktik tədbirləri davam etdirir
"Neolit"də toy keçirildi - Aparıcı koronavirus xəstəsi çıxdı - VİDEO
Azərbaycanın ən böyük ticarət mərkəzi sabahdan fəaliyyətə başlayır
Azərbaycanda küçələrdə daha 49 koronavirus xəstəsi tapıldı
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək 