COVID-19 pandemiyası dövründə Azərbaycana səfər edənlər bir sıra qaydalara əməl etməlidir. ONN media xəbər verir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ına əsasən uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. Bu müayinə xərcləri sərnişinlərin özləri tərəfindən ödənilir. Ancaq Azərbaycan vətəndaşları üçün ölkədaxili uçuşlarda isə müayinələr ödənişsiz əsaslarla aparılır. Arayışların yoxlanılması və üzərində müvafiq qeydlərin aparılması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilir. Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilir. Sərhəd nəzarəti zamanı belə arayışı təqdim edə bilməyən Azərbaycan vətəndaşları iki həftəlik karantinə alınır, xarici ölkələrin vətəndaşları isə ölkə ərazisinə buraxılmır və aviadaşıyıcı hesabına həmin uçuşla geri qaytarılır. Azərbaycan ərazisinə gəlmək məqsədilə və ölkədaxili reyslərdə təyyarəyə minərkən COVID-19 testinin neqativ nəticələri barədə arayış təqdim edən və ölkənin hava limanına daxil olduqdan sonra müvafiq müayinə və testləşdirmədən keçən Azərbaycan və xarici ölkə vətəndaşları iki həftəlik karantinə alınma öhdəliyindən azad oluna bilərlər. Hava limanı ərazisində və uçuş zamanı tibbi maskalardan istifadə məcburidir. Əhali sıxlığının qarşısının alınması məqsədilə qarşılayan və yola salan şəxslərin terminala girişi qadağandır. Hərarəti 37.5 dərəcədən yuxarı olan şəxslər aerovağzal kompleksinə buraxılmır, hava limanının girişindəki tibb məntəqəsinə yönləndirilir, COVID-19-a şübhəli simptomlar müəyyən edildikdə xüsusi avtomaşın vasitəsilə sonrakı müayinə üçün müvafiq tibb müəssisəsinə göndərilirlər. Bu barədə sərnişinin uçuşu nəzərdə tutulan reysi yerinə yetirən aviaşirkətin nümayəndəsinə məlumat verilir.
Azərbaycana gələnlər bunlara əməl etməlidir



Azərbaycana uçuşlarla bağlı QƏRAR VERİLDİ: Bu sənədlər tələb olunacaq və...
Ölkədaxili uçuşlarla bağlı QAYDALAR DƏYİŞDİ
Rusiya və Türkiyə vətəndaşlarından PCR testi tələb olunmayacaq
Təyyarədə əl yükü qadağası LƏĞV EDİLDİ
AZAL Təl-Əvivə uçuşların sayını artırır
Bu gündən Bakıdan İstanbula bilet satışı başlayır - AZAL ilə
Türkiyə və Rusiyadan Azərbaycana gələnlərdən BU SƏNƏDLƏR tələb olunacaq
Bu ölkə vətəndaşları Azərbaycana gələ bilər - Qərar
AZAL Azərbaycana giriş-çıxışla bağlı AÇIQLAMA YAYDI
Londona getmək istəyənlərə ŞAD XƏBƏR
Daha 211 vətəndaşımız Rusiyadan təxliyə edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 