Azərbaycanın milli aviadaşıyıcısı iyulun 16-dan avqustun 27-dək həftədə bir dəfə (cümə axşamı) Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirəcək. AZAL-dan ONN media -ya verilən məlumata görə, həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək. Bakı-London reysi ilə Böyük Britaniyaya giriş hüququ olan sərnişinlər daşınacaq. Bundan əlavə, həmin ölkənin yeni qaydalarına əsasən uçuşdan 48 saat əvvəl https://www.gov.uk/provide-journey-contact-details-before-travel-uk saytında onlayn qaydada anket doldurulması tələb olunur. Qeyd edilən müddətdə anket doldurulmadığı halda Londonun “Hitrou” hava limanının miqrasiya orqanının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilər. London-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar. Xarici ölkələrdə təhsil alan Azərbaycanlı tələbələr aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM. Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısını təqdim edirik: - Referans kliniki laboratoriya mərkəzi; - Leyla klinikası; - Memorial klinikası - Bona Dea xəstəxanası; - İnci laboratoriyası; - Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM); - Kaspian Hospital; - UltraLab. Böyük Britaniyada COVID-19 testini sərnişin olduğu şəhərin özəl klinika, xəstəxana və apteklərində, yaxud Londonun aşağıdakı klinika və apteklərindən birində verə bilər: - Sherlock Holmes Pharmacy - https://www.nhs.uk/Services/pharmacies/MapsAndDirections/DefaultView.aspx?id=11075 - Walkin Clinic - https://walkin-clinic.co.uk/blood-tests/covid19-testing - London Doctors Clinic - https://www.londondoctorsclinic.co.uk/services/private-coronavirus-test/ - Private Harley Street Clinic - https://privateharleystreetclinic.com/products/covid-19-test Hər iki halda COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 saat əvvəl almalıdır. Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M
Londona getmək istəyənlərə ŞAD XƏBƏR



AZAL Londona xüsusi reyslərin icrasına başlayır
Bu gündən Bakıdan İstanbula bilet satışı başlayır - AZAL ilə
Bakıdan bu şəhərə gedişlər bərpa edilir
AZAL İtaliyaya uçuşları bərpa edir
Tiflisə getmək istəyənlərin NƏZƏRİNƏ
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
AZAL bu sərnişinlərə müraciət etdi
Sofiyaya getmək istəyənlərə ŞAD XƏBƏR
AZAL məlumat yaydı- ARTIQ BAŞLAYIR
AZAL bu istiqamətdə uçuşlara başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 