Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb. ONN media xəbər verir ki, Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib. Nazirlər Kabineti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkəti arasında “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə”nin Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla bağlanmasını iki ay müddətində təmin edəcək. Həmçinin “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi ilə əlaqədar lotereyaların, idman mərc oyunlarının təşkili və keçirilməsi, vergitutma, malların (işlərin və ya xidmətlərin) satın alınması ilə bağlı dövlət satınalmaları, dövlətə məxsus hüquqi şəxslərin daxili və xarici borcalması, o cümlədən borcalmanın yuxarı həddi, habelə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması sahələrində mövcud tələblərin və prosedurların sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə olunmalıdır. İqtisadiyyat Nazirliyi isə müqavilə təsdiq edildikdən sonra “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkəti ilə təhvil-təslim işlərinin 5 ay müddətində həyata keçirilməsini təmin edəcək.
“Azərlotereya” Türkiyə şirkətinə idarəetməyə verildi - SƏRƏNCAM



Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
AİH-nin idarəetməsinə ilk mərhələdə 4 dövlət müəssisəsi veriləcək
Prezident sərəncam imzaladı
Azərbaycanın borc alması və zəmanət verməsi qaydası dəyişdi
Bakıda ani lotereyalarda böyük uduşlar qazanıldı - MƏBLƏĞLƏR
Prezident Natiq Əmirova yeni vəzifə verdi - SƏRƏNCAM
“Azərtütün" özəlləşdirilir - SƏRƏNCAM
İlham Əliyev SƏRƏNCAM İMZALADI
“Azərsilah” ASC ləğv edilir
Prezident İlham Əliyev Sərəncam imzalayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 