Aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının “Sechki - 2018” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.
ONN media xəbər verir ki, bu gün Müstəqil Media Mərkəzinin açılış mərasimi olub. Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Komissiya üzvləri və Katibliyin təmsilçiləri iştirak ediblər. Müstəqil Media Mərkəzində yaradılmış şəraitlə yaxından tanış olan MSK sədri yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin sərbəst və asanlıqla məlumat əldə etmələri, habelə digər seçki prosesi iştirakçılarına daha keyfiyyətli və səmərəli xidmət göstərmək üçün öz tövsiyələrini verib.
Açılış mərasimində çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, seçkilərlə bağlı media mərkəzlərinin yaradılması beynəlxalq təcrübədə özünü doğruldub:
“Müstəqil Media Mərkəzinin yaradılmasında məqsəd seçkidə aşkarlığı təmin etmək, ictimaiyyəti daim məlumatlandırmaqdır. Qabaqcıl ölkələrdə belə mərkəzlər fəaliyyət göstərir. Məqsəd seçki prosesinin ədalətli və azad keçirilməsinə nail olmaqdır. Azərbaycan bu təcrübədən 2000-ci ildən etibarən istifadə edir. Zaman keçdikcə daha da təkmilləşdiririk”.
MSK sədri mərkəzin tamamilə müstəqil fəaliyyət göstərdiyini deyib.
Qeyd edək ki, yüksək tələblərə cavab verən zəruri texniki avadanlıqlarla təchiz edilmiş Mərkəzin yaradılmasında başlıca məqsəd seçkiləri geniş, operativ və obyektiv işıqlandırmaq, eləcə də seçkilərdə şəffaflığın təmin edilməsi üçün yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələrinə seçkilərlə bağlı məlumat əldə etməkdə və operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərməkdir.
Burada media təmsilçiləri üçün kompüterlər, telefon və faks aparatları quraşdırılıb, həmçinin onlar pulsuz və fasiləsiz internetdən də istifadə edə bilərlər. Prezident seçkiləri dövründə 24 saat ərzində fəaliyyət göstərəcək Müstəqil Media Mərkəzi mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün də açıqdır. Prezidentliyə qeydə alınmış namizədlər öz seçkiqabağı təşviqat materiallarını Mərkəzdə yerləşdirə bilərlər.
Mərkəzin www.sechki-2018.az internet səhifəsi də artıq Azərbaycan, rus və ingilis dillərində mütəmadi fəaliyyət göstərir. Bu səhifədə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir, həmçinin seçkilərlə bağlı foto və video görüntülər təqdim edilir.



Məzahir Pənahovun yeni müavini seçildi
Bu dairələrin seçkiləri ləğv edilir?
MSK-nın iclası başladı – Bu məsələlər müzakirə olunur
Seçki bülletenlərinin çapına başlanıb
MSK sədri DSK və MnSK sədrlərinə XƏBƏRDARLQ ETDİ
Azərbaycanda seçicilərin son sayı açıqlandı
Seçkiləri izləmək üçün qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı AÇIQLANDI
Bələdiyyə seçkilərinin İLKİN NƏTİCƏLƏRİ AÇIQLANDI
Seçkilərlə əlaqədar müşahidəçilərin sayı məlum oldu
MSK-nın Media Mərkəzi fəaliyyətə başladı
Beynəlxalq müşahidəçilərin sayı açıqlandı
4 təşkilat seçkilərdə exit-poll keçirmək istəyir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 