Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 23-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Publika.az-a bildiriblər ki, əvvəlcə MSK sədri Məzahir Pənahov Rövzət Afət oğlu Qasımovun MSK üzvü təyin olunması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 22 oktyabr tarixli Qərarını Komissiya üzvlərinin diqqətinə çatdırıb. Sonra sədr Məzahir Pənahov Rövzət Qasımovun MSK sədrinin müavini vəzifəsinə seçilməsini təklif edib. Bildirib ki, R.Qasımov 22 ildir MSK-da işləyir, bu müddət ərzində Beynəlxalq əlaqələr şöbəsinin müdiri, sonradan Katibliyin müdiri vəzifəsinədək yüksəlib. Fəaliyyəti boyunca aidiyyəti dövlət qurumları, yerli və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri ilə sıx qarşılıqlı faydalı münasibətlər formalaşdıraraq daim peşəkarlıq nümayiş etdirib. Komissiyanın beynəlxalq əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində böyük rolu olub. Xarici ölkələrə səfərlərdə və qatıldığı bütün beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edib. Komissiya üzvləri R.Qasımovun sədr müavini vəzifəsinə seçilməsinə yekdilliklə səs verib və qərar qəbul edilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub və cari məsələlərə baxılıb.
Məzahir Pənahovun yeni müavini seçildi



Məzahir Pənahov işdən çıxarılıb? - BDU -dan AÇIQLAMA
Məzahir Pənahov bu vəzifəsindən AZAD OLUNDU
MSK bu seçki komissiyalarını buraxdı - QƏRAR
Bu dairələrin seçkiləri ləğv edilir?
Beynəlxalq müşahidəçilərin sayı açıqlandı
Prezident Məzahir Pənahovu ordenlə təltif etdi
Azərbaycanda seçicilərin son sayı açıqlandı
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi
MSK sədrinin səlahiyyətləri alındı
YAP namizədlərini müəyyənləşdirdi - SİYAHI
MSK sədri MDB nümayəndə heyəti ilə görüşdü - FOTO
Bu namizədlərin adının üstündən xətt çəkiləcək - Məzahir Pənahov
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 