Erməni mətbuatında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qanunsuz separatçı rejimin agentlərinin təşəbbüsü ilə dırnaqarası “bəyanatın” ATƏT-də "rəsmi sənəd" kimi yayılması ilə bağlı çıxan iddialara cavab olaraq Azərbaycan Respublikasının ATƏT-dəki Daimi Nümayəndəliyi açıqlama yayıb.
APA-nın məlumatına görə, ATƏT çərçivəsində müəyyən olunmuş təcrübəyə uyğun olaraq, Təşkilat Katibliyi hər hansı bir iştirakçı ölkənin tələbi ilə həmin Dövlətdən alınan hər hansı bir sənədin məzmununu dəyişdirmədən yayır.
“Azərbaycan Respublikasının ATƏT-dəki nümayəndə heyəti Helsinki Yekun Aktında və ATƏT sənəd və qərarlarında yer alan ATƏT prinsiplərinə və öhdəliklərinə zidd olaraq güc yolu ilə işğal edilən və kütləvi şəkildə etnik təmizləməyə məruz qoyulan əraziləri nəzərdə tutaraq öz işğalçı səyləri üçün Ermənistanın ATƏT-in sənədləşmə idarəsindən sui-istifadə etməsinin qəbul edilməzliyi məsələsini bir neçə dəfə Təşkilatın Katibliyi və Baş katibi qarşısında qaldırıb. ATƏT katibliyi Baş katiblə danışıqların nəticəsi olaraq iştirakçı dövlətlər arasında yayılması üçün qəbul edilmiş sənədlərin məzmununa görə təşkilatın məsuliyyət daşımadığı barədə rəsmi siyasətini təkrar bəyan edən verbal nota yayıb. Məzmun üçün yeganə məsuliyyəti sənədin yayılmasını tələb edən iştirakçı ölkə daşıyır. ATƏT bir hökumətlərarası təşkilat olaraq konsensus əsaslı qərarları icra edir və bütün 57 iştirakçı dövlətin kollektiv iradəsini həyata keçirir”, açıqlamada deyilir.
Sənəddə həmçinin bildirilib ki, yalnız konsensus sənədləri Təşkilatın mövqeyini əks etdirir: “Nəticə etibarı ilə, yuxarıda qeyd edilən “bəyanatın” yayılması məna kəsb etmir və ATƏT-in müvafiq sənədlərində öz əksini tapmış Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT-in mövqeyinə və 1990-cı illərin əvvəllərindən konsensus əsasında qəbul olunmuş bütün daxili və ya xarici sərhədlərin toxunulmazlığına hörmət edən və Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi kimi birmənalı şəkildə tanınmasını əks etdirən sənədlər və qərarlar üzərində heç bir təsirə malik deyil”.



ATƏT-dən Bakı və İrəvana çağırış
Azərbaycan XİN BMT-yə etiraz etdi
ATƏT Azərbaycan və Ermənistana çağırış etdi
Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
ATƏT-də erməni təxribatı müzakirə olundu
Azərbaycan ATƏT PA ilə siyasi dialoqu yüksək qiymətləndirir
ATƏT yanında 25 daimi nümayəndə Azərbaycana səfər edəcək
ATƏT Ukraynada fəaliyyətini davam etdirəcək
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü
Azərbaycan və Ermənistan XİN başçılarının görüşü hansı tarixdə keçiriləcək?
ATƏT Qarabağda bundan sonra hansı rol oynayacaq? - RƏSMİ
ATƏT PA-nın yay və payız sessiyaları təxirə salındı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 