Dövlət başçısının tapşırığına əsasən Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Köhnə istismar müddətini başa vuran avtobuslar müasir, rahat və iritutumlu nəqliyyat vasitələriylə əvəz edilir.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, bu çərçivədə “Koroğlu”NMM-Məhəmmədi kəndi istiqamətində hərəkət edən 217 nömrəli müntəzəm marşrut xəttiylə bağlı da dəyişiklik edilib. 01.02.2021-ci il tarixindən bu xətt üzrə sərnişindaşımaları “Azland-Plaza MMC”-yə həvalə edilib. Daşıyıcı tərəfindən xətt üzrə sərnişindaşımalarına iritutumlu “İsuzu-Citibus” markalı avtobuslar cəlb ediləcək.
Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması mümkün olacaq.
Məlumat üçün bildiririk ki, 217 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları əsasən köhnə, texniki baxımdan sərnişindaşıma tələblərinə cavab verməyən kiçiktutumlu avtobuslarla icra edilib. Ötən müddətdə xidmət səviyyəsinin aşağı olması ilə bağlı sərnişinlərdən çoxsaylı müraciətlər daxil olub. Dəfələrlə daşıyıcı “6-Dost” MMC-yə yazılı və şifahi xəbərdarlıq edilsə də bu istiqamətdə hər hansı bir tədbir görülməyib. Bu səbəbdən də onunla xəttin müvəqqəti istismarına dair imzalanan müqaviləyə xitam verilib.



Sədərəyə 12 metrlik avtobuslar işləyəcək - BU QİYMƏTLƏ
Daha bir marşrut xətti "Bakubus"a verildi
Yeni marşrut xətti təşkil edilir: Gediş haqqı 40 qəpik olacaq - RƏSMİ
Bakıya "İsuzu" markalı yeni avtobuslar gətirildi
3 marşrutun hərəkət istiqaməti dəyişir - Sərnişinlərin NƏZƏRİNƏ!
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Bu nömrəli avtobusla bağlı YENİLİK
Bu avtobusların hərəkət sxemində dəyişiklik edildi
Bu avtobusların hərəkətində dəyişiklik edildi
Daha bir marşrut xətti "BakuBus" həvalə olundu
Bu avtobusdan istifadə edənlərin nəzərinə
199 saylı marşrutdan istifadə edənlərə ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 