ONN İnformasiya Agentliyi

Reanimasiyada olan Xalq artistinin SON DURUMU - AÇIQLAMA

Reanimasiyada olan Xalq artistinin SON DURUMU - AÇIQLAMA
3-02-2021, 12:54

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir. ONN media  xəbər verir ki, sənətçinin səhhəti barədə danışan həyat yoldaşı Güllü Hüseynova bildirib ki, səhhəti normaldır: “Həkimlər əllərindən gələni edirlər, müalicələr davam edir, hələ reanimasiyadadır. Orqanizmin müalicəyə necə reaksiya verəcəyini gözləyirik”. G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Məlumat üçün bildirək ki, bir müddətdir səhhətində ciddi problemlər yaranan Xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Rəmişin səhhəti nəzarətə götürülüb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png