Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün verilən apellyasiya şikayətə baxılıb. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan S.Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rəsmi məlumata görə, S.Müslümov nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunmuşdur. Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.(Report)
Həbsdə olan Səlim Müslümovla bağlı NƏ QƏRAR VERİLDİ?



Məhkəmə Səlim Müslümov barədə qərar verdi
Səlim Müslümovun həbs müddəti uzadıldı
SON DƏQİQƏ: Səlim Müslümov HƏBS EDİLDİ - DTX MƏLUMAT YAYDI
Səlim Müslümova şərti həbs verildi
Səlim Müslümov xəstəxanaya yerləşdirildi
DTX-nın saxladığı vəzifəli şəxslərin aqibəti necə oldu?
Eldar Həsənovdan YENİ XƏBƏR var
Səlim Müslümovun məhkəməsi növbəti dəfə TƏXİRƏ DÜŞDÜ
Məhkəmə sabiq icra başçısı barəsində QƏRAR VERDİ
Bu gün Eldar Həsənovun şikayətinə baxılacaq
Ata Abdullayevlə bağlı qərar verildi
DSX-nın generalı ilə bağlı qərar verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 