Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xəstəxanaya yerləşdirilib.
ONN media xəbər verir ki, bu barədə Trend-ə sabiq nazirin qohumları məlumat verib.
Məlumata görə, Səlim Müslümov qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkir. İstintaq təcridaxanasından ev dustaqlığına buraxılandan sonra sabiq nazirin səhhətindəki problemlər ciddiləşdiyindən, o, Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib. Hazırda onun müalicələri davam etdirilir.
Qeyd edək ki, S.Müslümov 2021-ci ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmışdı. Bir müddət öncə sabiq nazir səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmiş, orada müalicələri nəticə vermədiyindən ev dustaqlığına buraxılmışdı.
Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Səlim Müslümova şərti həbs verildi
Səlim Müslümov nömrəsini satır- QİYMƏTİ İSƏ...
Səlim Müslümova VƏZİFƏ VERİLDİ
Səlim Müslümovun məhkəməsi növbəti dəfə TƏXİRƏ DÜŞDÜ
Həbsdə olan Səlim Müslümovla bağlı NƏ QƏRAR VERİLDİ?
SON DƏQİQƏ: Səlim Müslümovun atasından AÇIQLAMA - Oğlum səhər...
SON DƏQİQƏ: Azərbaycanda sabiq nazir həbs edildi
Məhkəmə Səlim Müslümov barədə qərar verdi
Səlim Müslümovun həbs müddəti uzadıldı
SON DƏQİQƏ: Səlim Müslümov HƏBS EDİLDİ - DTX MƏLUMAT YAYDI
Səlim Müslümov pensiyaların artımından danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 