Bakıda dayanma və durmanın qadağan edildiyi yerlərdə avtomobillər park edilir. ONN media xəbər verir ki, şəhərin demək olar ki, bir çox ərazisində, eləcə də yol kənarlarında bu cür hallara rast gəlmək mümkündür. Xüsusən də daha çox nəzarət kamerası olmayan ərazilərdə. Müşahidələr göstərir ki, bir çox sürücü dayanma və durma qaydasının nə olduğunu bilmir. Bilənlər də kobud qayda pozuntusuna yol verirlər. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bəzi ərazilərə yerləşdirilən 3.28 nişanı durmanı, 3.27 nişanı isə dayanma və durmanı qadağan edir. Amma bu məsələdə də istisnalar var. Məsələn, əgər avtomobildə nasazlıq yaranarsa və ya qəza baş verərsə bu halda dayanmaya icazə verilir. Dayanma və durma ilə bağlı ən böyük problem hazırda durmaya müddətin verilməməsidir. Ekspert deyir ki, əslində, dünya təcrübəsində durma ilə bağlı vaxt var. Hətta sovet dövründə də Azərbaycanda bu qayda olub. O vaxt 5 dəqiqəyə qədər olduqda dayanma, 5 dəqiqədən çox olduqda isə durma sayılırdı. Ərşad Hüseynov bildirir ki, vaxt məsələsini yalnız 3.28 nişanının olduğu ərazidə tətbiq etmək olar. Qeyd edək ki, 3.27 nişanının təsiri altında və avtobus dayanacağında avtomobili saxlamaq qəti qadağandır. Avtobus dayanacağında dayandıqda və durduqda cərimə 40 manat, digər qadağan edilmiş ərazidə isə bu qaydanı pozduqda 20 manat cərimə tətbiq edilir.(xəzərxəbər)
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! Cərimə oluna bilərsiniz



Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq
Bunu etsəniz, 40 manat cərimələnəcəksiniz – Əhaliyə XƏBƏRDARLIQ OLUNDU
Dayanma və durmanı qadağan edən nişan olmayan ərazidə cərimə yazıla bilər? – DYP-dən AÇIQLAMA
DYP bu şəxslər barəsində tədbir gördü
Sürücülərin NƏZƏRİNƏ- Bu gündən...
BNA mövcüd nişanlarda dəyişiklik edəcək
BNA-dan sürücülərə XƏBƏRDARLIQ
BNA-dan YENİLİK
NİİM bu sürücülərə xəbərdarlıq etdi
Dayanma-durma qaydaları ilə bağlı dəyişiklik
Bu sürücülərlə bağlı inzibati protokollar tərtib olundu
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 