Artıq bir müddətdir ki, ölkə başçısı cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən paytaxtın inzibati ərazisində dayanma və durma qaydalarını pozan sürücülərə qarşı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən inzibati tənbeh tədbirləri görülür.
Agentlikdən ONN media-ya verilən məlumata görə, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi kameralar vasitəsi ilə də həyata keçirilir. Mərhələ ilə bu tədbirlər daha mütəşəkkil və təkmilləşdirilmiş qaydada təşkil ediləcək.
İnzibati tədbirlərlə yanaşı, Bakı Nəqliyyat Agentliyi tərəfindən sürücülərin yol hərəkəti qaydalarına, o cümlədən, dayanma və durma qaydalarına əməl etməyə sövq edən maarifləndirmə işləri də davam etdirilir. Bu çərçivədə paytaxtın müxtəlif ərazilərində, xüsusən də dayanma və durma qaydalarının pozulması hallarının daha çox rast gəlindiyi küçə və prospektlərdə maarifləndirmə xarakterli lövhələr vurulub.
Bir daha avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırılır ki, dayanma və durma qaydalarına ciddi şəkildə əməl edilməlidir: "Avtobus dayanacağında, səkilərdə və yolların hərəkət hissəsində, ikinci cərgədə, yolların kəsişən hissələrində, piyada xətlərinin üzərində və təyin olunmayan digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi "Yol hərəkəti haqqında" Qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Bu, inzibati məsuliyyət yaradır. Bu kimi qayda pozan sürücülərə qarşı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən inzibati tənbeh tədbirləri həyata keçirilir. Hər kəs qanunun bu tələblərini müzakirə etmədən birmənalı yerinə yetirməyə borcludur".



BNA evakuatorları işə salır – Qayda pozanlar təxliyə olunacaq
Paytaxda metroların ətrafında reydlər başlayıb - CƏRİMƏ YAZILIR
BNA cərimələri bərpa edir: mayın 1-dən...
Bu sürücülərlə bağlı inzibati protokollar tərtib olundu
Dövlət Yol Polisi sürücülərə müraciət etdi
BNA-dan YENİLİK
Sürücülərə bəd xəbər
BNA sürücülərə xəbərdarlıq etdi
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olundu
Dayanma-durma qaydaları ilə bağlı dəyişiklik
Gənclikdə OLAY: Nəqliyyat agentliyinin əməkdaşlarına SİLAHLI HÜCUM
NİİM bu sürücülərə xəbərdarlıq etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 