Bu gün Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə görüşüb. Bu barədə ONN media -ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Görüşdə Azərbaycan və Tacikistan arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub. Tacikistan naziri COVID-19 pandemiyası ilə mübarizədə ölkəsinə göstərdiyi dəstəyə görə, xüsusilə pandemiya dövründə tranzit daşımalarında göstərdiyi dəstək və yardıma görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Tərəflər iki ölkənin Xarici İşlər nazirlikləri arasında əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və beynəlxalq formatlarda qarşılıqlı dəstəyin önəmini vurğulayıblar. İkitərəfli əlaqələrin o cümlədən, iqtisadi, ticarət, nəqliyyat, təhsil, mədəniyyət sahələrində genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Belə ki, birbaşa hava əlaqəsinin yaradılmasının əhəmiyyəti, habelə ADA Universiteti ilə Tacikistanın ali təhsil ocaqları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Hər iki ölkədə qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov tacikistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Görüşün yekununda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb.
Azərbaycanla Tacikistan arasında mühüm sənəd İMZALANDI



Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb
Ceyhun Bayramov Tacikistan Prezidenti ilə görüşdü
Ceyhun Bayramov Banqladeşin səfiri ilə görüşüb
Ceyhun Bayramov moldovalı həmkarı ilə danışdı
Ceyhun Bayramov Milorad Dodik ilə görüşdü
Ceyhun Bayramov polşalı həmkarı ilə danışdı
Prezident Çex Respublikasının xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
Azərbaycan və Tacikistan arasında yeddi sənəd imzalandı
Ceyhun Bayramov Şimali Makedoniyanın XİN başçısı ilə görüşüb
Lavrovla Bayramov bu məsələləri müzakirə etdi
Ceyhun Bayramov Uqandalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov fransalı həmkarı ilə Qarabağdan danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 