Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri bu gün 5 saylı Bakı “ASAN xidmət” mərkəzində nikaha daxil olublar. BANM-dən ONN media -ya verilən məlumata görə, Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının məzunu Elvin İsmayılov eyni ixtisasın III kurs tələbəsi əslən pakistanlı olan Masuma Rizvi ilə ailə həyatı qurub. İki dost ölkə vətəndaşının nikah bağlamasına Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye şahidlik edib. Rektor və səfir gəncləri təbrik edərək, onlara iki ölkə arasındakı isti və dayanıqlı münasibət kimi ailə həyatı arzulayıblar. Gənc ailəyə hədiyyələr təqdim olunub. Hər iki ölkənin adət-ənənələri nəzərə alınan mərasimə karantin qaydalarına uyğun olaraq cütlüyün az sayda yaxın qohumları da qatılıb. Onların hər ikisi BANM-in Tələbə evində məskunlaşıblar. Elə sevgi münasibətləri də təhsil aldıqları müddətdə yaranıb. Elmar Qasımovun tapşırığı ilə gənclərin bundan sonra da Tələbə evində məskunlaşması üçün bütün şərait yaradılıb. Elvin İsmayılov deyir ki, Vətən müharibəsində Pakistanın ölkəmizə dəstəyi və qardaşlıq mövqeyi onlar üçün də nümunə olub. Elə onları münasibətlərini daha tez rəsmiləşdirməyə ruhlandıran da bu olub. Qeyd edək ki, nikah mərasimindən əvvəl gənclərin ailələri internet üzərindən bir-biri ilə tanış olub və onlara öz xeyir-dualarını veriblər.
Azərbaycanlı gənc pakistanlı xanımla evləndi - Rektor nikahda iştirak etdi



BANM-dan türkiyə və pakistanlılara BÖYÜK JEST
Tələbələrə ŞAD XƏBƏR - Bu xərcdən AZAD EDİLDİLƏR
Ölkə birincisi olan tələbə: Bu uğur mənə doğum günü hədiyyəsi oldu
Rektordan maraqlı addım
Baki Ali Neft Məktəbinin Xətaidəki filialı KÖÇÜRÜLÜR
Tanınmış aparıcıya vəzifə verildi
Türkiyə-Azərbaycan Universitetinə kim rəhbərlik edir? - RƏSMİ CAVAB
Azərbaycanlı gənc “Google”da işə qəbul olunub
BANM məzunları Karbamid zavodunda işə başlayıblar
Elmar Məmmədyarovun oğlu evləndi - Fotolar
Pakistan səfiri Azərbaycana təşəkkür etdi
Azərbaycanlı aktyor ikinci dəfə evləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 