Ötən gün sübh saatlarında Bakı şəhər Qaradağ rayonunda tanınmış müğənni Aslan Hüseynovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. ONN media bildirir ki, magistralın 60-cı kilometrliyində - Ələt qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü A.Hüseynovun sürdüyü BMW markalı avtomobilin qarşıda hərəkət edən “KamAZ” markalı yük avtomobilinə çırpılarkən saatda təxminən 90 km sürətlə hərəkət etməsi müəyyən edilib. Belə ki, sübh saatları insanların yuxuya ən çox ehtiyac duyduğu vaxt hesab edilir. Həmçinin sürət həddinin yüksək olmamasına baxmayaraq müğənninin baş nahiyəsindən ağır zərbələr alması onun kəməri taxmaması versiyasını gücləndirir. O da məlum olub ki, hadisədən dərhal sonra yaxınlıqdakı şəxslərin köməkliyi ilə A.Hüseynovun cansız bədəni maşından çıxarılıb. Lakin oradakı insanların heç biri ölən şəxsin tanınmış müğənni olduğunu bilməyib. Çünki baş nahiyəsində çoxlu qan olduğundan A.Hüseynovun üz nahiyəsi tanınmaz halda olub. Yalnız morqa gətirilib yuyulduqdan sonra oranın əməkdaşları vəfat edən şəxsin müğənni Aslan Hüseynova oxşadığını bildiriblər. bundan sonra onun ailə üzvləri xəstəxanaya dəvət edilib və tanınma prosesi keçirilib. Qeyd edək ki, faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Onu da qeyd edək ki, bu ilin 17 may tarixində A.Hüseynovun 54 yaşı tamam olacaqdı. Ötən ay isə onun anası vəfat edib.(publika.az)
Müğənni Aslanın öldüyü hadisə ilə bağlı ŞOK FAKTLAR



Müğənni Aslanın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Müğənni Aslanın cənazəsi Gəncəyə aparıldı
Aslan Hüseynovun ölümündə müəmmalı məqam - VİDEO
Müğənni Aslanın ölümü ilə bağlı ÜRƏKDAĞLAYAN FAKT
Müğənni Aslanın öldüyü yol qəzasından FOTOLAR
Tofiq Məmmədovun öldüyü qəzada sürücü polis imiş
Neftçalada motosiklet qəzaya düşdü - ÖLƏN VAR
Xanəndənin ölüm səbəbi açıqlandı- Sən demə...
Məşhur müğənni və rəqqasın ölüm səbəbi bilindi
DİN-dən Mehman Hüseynovun saxlanılması ilə bağlı AÇIQLAMA
Tovuzda yol qəzası olub- ÖLƏN VAR
Mehman Hüseynovun azad olunacağı DƏQİQ TARİX açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 