Biz uzun illər ərzində UNESCO-nu işğal edilmiş ərazilərə səfərə dəvət etmişik. Bizə verilən cavab isə belə olub ki, onlar siyasi mübahisələrlə bağlı məsələlərlə məşğul deyil. Beləliklə, bütün bu işğal illəri ərzində UNESCO-dan heç bir nümayəndə heyəti işğal altında olmuş ərazilərə səfər etməyib.
ONN media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.
Dövlətimizin başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi dayanan kimi bizə UNESCO-dan əraziləri ziyarət etməklə bağlı müraciətlər daxil olmağa başladı: “Çox şadam ki, bu dəyişiklik baş verib və biz indi UNESCO ilə onların səfərinə dair logistik məsələləri razılaşdırmağın yekun mərhələsindəyik. Ümid edirəm ki, onlar növbəti ay missiya ilə təşrif buyuracaqlar. Biz onların ermənilərin mədəni və milli irsimizə nə etdiklərini görmələrini istəyirik”.
Etimadın gücləndirilməsi tədbirlərindən danışan Prezident İlham Əliyev deyib: “Biz Ermənistan ilə Azərbaycan arasında etimadın gücləndirilməsi tədbirlərinə töhfə vermək üçün bizə kömək edəcək istənilən təşkilatın fəaliyyətinə minnətdar olardıq. İstər ATƏT, Avropa İttifaqı, UNESCO olsun, istərsə də milli mövqedən çıxış edən ölkələr. Bu, tərəfimizdən yüksək qiymətləndirilərdi. Çünki bu olmadan, hətta bizim sülh razılaşmamız olsa belə, bu razılaşmanı xalq dəstəkləməyəcək. Xalq da öz iradəsini ifadə etməlidir. Xalqlararası təmaslar olmadan postmünaqişə vəziyyətini həll etmək olmaz. Odur ki, hesab edirəm, BMT iki ölkəyə müharibə yaralarını sağaltmağa kömək etmək üçün zəruri olanı edəcək”.



Azərbaycan UNESCO-nun komitəsinə üzv seçildi
Fikrət Əmirov və Tağıyevin yubileyləri UNESCO-da qeyd ediləcək
“Ermənistan böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür”
UNESCO-nun Azərbaycanı əsassız olaraq günahlandırması qərəzli yanaşmadır - Nazir
Prezident İsrail və Azərbaycan diasporlarının əməkdaşlığından danışdı
UNESCO-nun sertifikatları Anar Kərimova təqdim edildi
Ermənistan bundan imtina edir - İlham Əliyev
Prezidentin iştirakı ilə tədbir keçirilir
Zaxarovadan SON DƏQİQƏ Qarabağ açıqlaması
İlham Əliyev İsmail Serageldini qəbul etdi (YENİLƏNDİ)
Bu çox uzun prosesdir- İlham Əliyev
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 