Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş mayoru, Vətən müharibəsi qəhrəmanı Amid Heydərovun büstü hazırlanıb.
ONN media xəbər verir ki, abidənin müəllifi Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi Rahib Qarayevdir.
R.Qarayev bildirib ki, büstün hazırlanması şəhidin ailəsi tərəfindən sifariş edilib. Onun sözlərinə görə, abidə şəhidin dəfn olunduğu Lerik şəhərində ucaldılacaq.
Müəllif büstü təmənnasız hazırladığını bildirib.
Azərbaycan xalqının igid övladlarının obrazlarını yaradaraq, onların xatirəsini əbədiləşdirməyi özünə mənəvi borc bilən heykəltəraş deyib ki, bundan sonra da şəhidlərin heykəl və büstlərini böyük fəxr hissi ilə təmənnasız hazırlamağa davam edəcək.
Qeyd edək ki, R.Qarayev bir çox şəhidin xatirəsinə ucaldılmış abidənin, həmçinin Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış heykəlin müəlliflərindən biridir. O, eləcə də Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun büstünü, Birinci Qarabağ müharibəsi qəhrəmanlarından Hakim Həsənovun və Rövşən Nəbiyevin büst və heykəlini hazırlayıb.
Xatırladaq ki, Amid Rəbbil oğlu Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. O, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi bitirib. Daha sonra isə təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbində davam etdirib və hərb sənətinin sirlərinə mükəmməl yiyələnərək tankçı olub.
Mayor Amid Heydərov 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olub və Lerik şəhərində dəfn olunub.
A.Heydərov ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Şəhid mayor həmçinin dövlət başçısının sərəncamı ilə "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.



Hikmət Mirzəyevin büstü özünə təqdim edildi
"Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edildi
Milli Qəhrəmanımızın büstü hazırlandı
Bakıda Milli Qəhrəmanın heykəli ucaldılır
Bakıda 172 məktəbə Milli Qəhrəman və şəhidlərin adı verilib
Moldovada Heydər Əliyevin yeni büstü qoyulacaq
Yevlaxda şəhidlərin xatirəsinə abidə ucaldıldı
Vətən müharibəsi şəhidi dəfn edildi
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilir
Vətən Müharibəsi Qəhrəmanlarına BU GÜZƏŞTLƏR ediləcək - QƏRAR VERİLDİ
Vətən müharibəsi şəhidinin adına bulaq açıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 