Bakıda məlumat lövhəsində biabırçı səhvə yol verilib. ONN media xəbər verir ki, bu səhvi əks etdirən fotonu jurnalist Vyaçeslav Sapunov sosial şəbəkədəki hesabında paylaşıb. Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında və nəzarəti altında yerləşdirilən məlumat lövhəsində Ulu Öndər Heydər Əliyevin adı ingilis dilində düzgün yazılmayıb. Bülbül prospekti yaxınlığındakı küçələrdən birində Heydər Əliyev Sarayı istiqamətini işarələyən lövhədə səhv buraxılıb. Bundan əlavə, “Xarici İşlər Nazirliyi” yazısının ingilis dilində olan tərcüməsində də səhv var. Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev “oxu.az”a açıqlama verib. O, bildirib ki, bu nişanlar, avadanlıqlar podratçı şirkət tərəfindən quraşdırılır: “Nişanlar podratçı şirkətlərdən ərazidə təhvil alınır. Bu nişan da yeni quraşdırılıb. Bu və buna bənzər hərf səhvləri olan zaman podratçı şirkətə bildirilir və qısa vaxtda aradan qaldırılması tələb olunur. Lövhədə qeyd olunan məlumatlar biz tərəfdən ərazi üzrə istiqamətlər düzgün göstərilməklə təqdim olunur. Lakin, podratçı şirkət bu məlumatları lövhədə qeyd edən zaman məlum səhvə yol verib”. Qeyd edək ki, bu lövhələr podratçı şirkət tərəfindən hazırlansa da, son olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən işin düzgün görülüb görülməməsi yoxlanılaraq təsdiqlənir, qəbul edilir və əraziyə quraşdırılır.
BNA-dan biabırçı SƏHV



SON DƏQİQƏ: Böyük yolda tıxac yarandı - QƏZA
Bakıda DƏHŞƏTLİ QƏZA: Qəsəbəyə gedən yollar bağlandı
Bu prospektə QƏZA - Tıxac yarandı
Bu küçə və prospektlərdə TIXAC VAR
Bu yolda qəza baş verdi - TIXAC VAR
Hava limanı yolunda qəza tıxac yaratdı
Bakıda yük maşını aşdı - TIXAC YARANDI
SON DƏQİQƏ: Bakıda bəzi ərazilərdə tıxac yaranıb - SİYAHI
Bakıda avtomobil qəzası tıxaca səbəb oldu
Rəsulzadənin üçüncü barelyefi - Bu dəfə təkcə adı saxladılar
Bu prospektdə tıxac var
Bakıda sürücüdən qəribə addım - avtomobilini belə park etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 