Məlum olduğu kimi, mayın 25-də keçirilmiş Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycanda koronavirus pamdeniyası ilə əlaqədar tətbiq edilmiş karantin qaydaları yumşaldılıb.
ONN media xəbər verir ki, mayın 31-dən Azərbaycanda açıq havada tibbi maskadan istifadə ləğv olunub. Mayın 31-dən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edib. Həmin tarixdən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib. İyunun 10-dan başlayaraq isə çimərliklərin fəaliyyətinə icazə veriləcək. Eyni zamanda, iyunun 10-dan idman sağlamlıq obyektlərindən istifadəyə icazə veriləcək.
Lakin 2020-ci ilin 15 martından etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlərin keçirilməsinə qoyulan qadağanın ləğvi ilə bağlı müzakirələr aparılsa da, nəticə yoxdur.
Bu kateqoriyadan olan kütləvi tədbirlərə icazə nə zaman verilə bilər?
Trend-ə açıqlamasında deputat Naqif Həmzəyev bildirib ki, avqustun 1-dən ölkəmizdə toy məclislərinin təşkilinə icazə verilə bilər:
“İstənilən halda, restoranda insanların toplaşmağı mümkündürsə, orada sosial məsafə qorunursa, müəyyən qaydalar tətbiq edilirsə, say məhdudiyyəti ilə toy məclisləri də təşkil edilə bilər. Mən düşünürəm ki, yoluxma artmayacağı təqdirdə avqust ayının 1-dən sonra toyların keçirilməsi ilə bağlı bir qaydanın verilməsinin şahidi olacağıq. Çünki artıq yoluxma sayı azdır, vaksinasiya tədbirləri həyata keçirilir, vaksinasiyada kütləvilik müşahidə olunur. İnsanlar COVID-19 pasportu əldə etmək istəyirlər. Düşünürəm ki, ən qısa vaxtda xoş xəbər eşidəcəyik. Bizim vətəndaşlarımız öz xeyir işlərini edə biləcəklər”.
Deputat əlavə edib ki, toy təşkilatçıları və qonaqlardan COVID-19 pasportu tələb oluna bilər: “COVID-19 pasportu hər yerdə, o cümlədən toylarda da tətbiq edilə bilər. Ancaq burada məsuliyyət həmin toyda iştirak edən vətəndaşların üzərində qalır. Çünki toy sahibi müraciət edəcək ki, gələn şəxsdə COVID-19 pasportu olsun. Orada aidiyyəti qurumlar tərəfindən istənilən şəxs yoxlanıla bilər. Əgər koronavirus pasport olmazsa, həmin şəxs cəzalandırıla bilər. Ancaq məsuliyyət həmin şəxsin üzərinə yox, toy iştirakçılarının üzərinə düşəcək. Hesab edirəm ki, artıq insanlarda da məsuliyyət var. Məncə, bununla bağlı heç bir problem olmayacaq. Çalışaq ki, daha az, 50-100 nəfər çərçivəsində bu tədbirlərin keçirilməsinə icazə verilsin. İnsanlarımız da ailə qurub xoşbəxt olsunlar”.



Açıq havada toy hazırlıqları başladı - VİDEO
Hansı sahələrdə məhdudiyyətlər qüvvədə qaldı?
Bu tarixdən geyim və ayaqqabı satışı bərpa edilir
Bu gündən mollar və ticarət mərkəzləri açılır
Operativ Qərargahın BU QADAĞASI ləğv edildi - RƏSMİ
Azərbaycanda bu tarixədək toy olmayacaq - RƏSMİ
İdman yarışlarına icazə veriləcək?
Toy etmək istəyənlərin nəzərinə
Bu rayonlar arasında sərnişindaşıma bərpa edilə bilər — RƏSMİ
Bu ərazilərdə karantin postları ləğv edildi
Karatin rejimi uzadılsa, Bakı metrosu açılacaq? - Rəsmi cavab
Azərbaycanda SMS icazə sistemi bərpa edilir – RƏSMİ
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 