Koronavirusdan dünyasını dəyişən Xalq artisti Ramiz Əzizbəylinin nəşi "Semaşko" xəstəxanasındadır.
Bu haqda açıqlamasında Xalq artistinin qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli deyib: "Əmimin nəşi hələlik xəstəxanadadır. Harada dəfn edilməsi ilə bağlı Mədəniyyət Nazirliyindən cavab gözləyirik. Son günlərdə heç bir çarə olmadı, həkimlər əllərindən gələni etdilər. Artıq bir həftəyə yaxın idi huşu özündə deyildi. Heç kimi tanımırdı, aparatdan ayırırdılar, amma huşu özünə gəlmirdi. Yenidən aparata qoşurdular.
Son günlər orqanlarının çoxu cavab vermirdi. Koronavirusa yoluxduqdan sonra xəstəxanada infarkt keçirdi. Şəkəri 430-a qalxmışdı. 3 dəfə insult keçirib, neçə illərdir ki, xəstəliklərlə mübarizə aparırdı. Özünün də, bizim də sağalacağına çox böyük ümidimiz var idi. Amma ümidlərimiz puç oldu.
Xəstəliyinin ilk günlərində normal idi, sonra pisləşməyə başladı. Nəfəs alması çətinləşdi. Ona görə palatadan reanimasiya şöbəsinə yerləşdirdilər. Ötən gün axşam saatlarında dünyasını dəyişdi. Şəkər xəstəsi olduğu üçün risk qrupunda idi".
Nurlan Əzizbəyli Xalq artistinin koronavirusa yoluxan qızı Xədicə Əzizbəylinin səhhətinin yaxşı olduğunu qeyd edib: "O, sağalıb. Artıq evdədir".



Ramiz Əzizbəyli son mənzilə yola salındı
Xalq artisti Ramiz Əzizbəyli VƏFAT ETDİ - SON DƏQİQƏ
Xalq artisti infarkt keçirdi - Vəziyyəti ağırdır
Xalq artistinin səhhəti ilə bağlı SON DURUM
Ramiz Əzizbəylinin son durumu necədir?
Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatı ilə əlaqədar nekroloq yaydı
İnfarkt keçirən xalq artistinin SON VƏZİYYƏTİ NECƏDİR?
Ramiz Məlik harada dəfn olunacaq?
Ramiz Əzizbəylinin son durumu açıqlandı
Ramiz Əzizbəylidən YENİ XƏBƏR VAR — Ayağa qalxa bilmir, amma...
20 iyul Ramiz Əzizbəylinin doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 